Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan pulla satıldığı iddia edilən “oksford professoru” adını kimlər alıb?- Siyahı

Son illər Azərbaycanda bəzi dövlət məmurlarının və sahibkarların bioqrafiyalarını “zənginləşdirmək” həvəsinə düşüb. Adları önünə elmi titulların yazılması yarışına girən bu cür şəxslər əsasən plagiat elmi məhsullardan yararlanır, bəziləri isə ölkə xaricində fəaliyyət göstərən dələduz “elmi təşkilatlar”ın xidmətindən yararlanmağa çalışırlar. 

Belə ki, xaricdə fəaliyyət göstərən, dünyanın məşhur elm ocaqlarını və təhsil müəssisələrini adlarından istifadə edən bu təşkilatlar elmi titulları, orden və medalları ödəniş üsulu ilə satışını təşkil edirlər.
 
Qlobal.az xəbər verir ki, dünyada ödəniş qismində “professor” adı satan təşkilatlardan biri də “Oksford Akademiya İttifaqı”dır.

“Oksford Akademiya İttifaqı” (Academic Union, Oxford) üç ukraynalı iş adamının, daha doğrusu, usta fırıldaqçıların yaratdıqları “Avropa Biznes Assambleyası” adlı qurumun “Ekspertlər Şurası”nın qurduğu pul tələsidir.

İstəyən pulu olan şəxs müəyyən ödənişi etməklə bu qurumdan “professor” adı ala bilər.
 
Elçin Alıoğlu
 
Bu barədə fikirləri jurnalist Elçin Alıoğlu feysbuk səhifəsində yazıb. Jurnalist qeyd edir ki, “Oksford Akademiya İttifaqı”ndan ona da “professor” olmaq barədə təklif gəlib. Lakin o, bu təklifdən imtina edib.

Azərbaycanda da “Oksford Akademiya İttifaqının professoru” adını daşıyan şəxslər az deyil.

Azərbaycanda adları önünə “Oksford Akademiya İttifaqının professoru” “titulunu” yazdıran bu şəxslərdən dövlət məmurları, elmi cameədə olan şəxslərlə yanaşı, biznes sahəsində fəaliyyət göstərən şəxslər də var.
 
Yaqub Mahmudov
 
İnternet resurslarındakı məlumata görə “Oksford Akademiya İttifaqının professoru” adına layiq görülən şəxslərdən biri akademik, sabiq millət vəkili Yaqub Mahmudov da var. O bu titula 2019-cu ildə layiq görülüb
 
Nurlana Əliyeva
 
“Oksford Akademiya İttifaqının professoru” alan elm adamlarımızdan biri də Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva olub. 
 

Xuraman Muradova
 
“Oksford Akademiya İttifaqının professoru” adına layiq görülən şəxslərdən biri də “Milena Hospital”ın rəhbəri Xuraman Muradovadır. 

Xuraman Muradova 2021-ci ildə bu ada layiq görülüb.
 
Azərbaycan vətəndaşlarına “Oksford Akademiya İttifaqının professoru” adının neçəyə satıldığı barədə məlumat yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay