Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kilsədağ məbəd kompleksində ictimai bina qalıqları aşkar edilib

Kilsədağ məbəd kompleksi ətrafında aparılan axeoloji tədqiqat işləri yekunlaşıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan APA-ya verilən xəbərə görə, son iki ildə kompleks ərazisində aparılan yerüstü arxeoloji müşahidələr nəticəsində qeyd olunan səhədə darəvi məbəd kompleksi ilə birbaşa bağlılığı olan tikili qalıqlarının olması qeydə alınıb. Tikili qalıqlarının Kilsədağ məbəd kompleksi ilə bağlılığı nəzərə alınaraq memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində arxeoloji tədqiqatlar aparılıb.

Kilsədağ məbəd kompleksi ərazisində şimaldan-cənuba 26 metr uzunluğunda, şərqdən-qərbə 12,50 m enində, aparılan arxeoloji tədqiqat işləri zamanı maraqlı memarlıq elementləri üzə çıxarılıb.

Şimal və cənub hissədən oval formalı ictimai bina qalığının uzunluğu 21 metr, eni 12 metr olmaqla, divarının qalınlığı 1,40 m-dir. Ərazidən tədqiqatlar zamanı çoxlu sayda son antik-ilk orta və orta əsrlərə aid saxsı qab, şüşə və kirəmit qalıqları aşkar edilib.

Qazıntı sahəsinin nivelirləmə üsulu ilə topoqrafik planlanması həyata keçirilib, gələcək tədqiqatların daha operativliyinin təmin edilməsi məqsədi ilə ərazinin dron vasitəsi ilə foto və video görüntüləri qeydə alınıb.

Qurumdan verilən məlumata görə, Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işlərinin növbəti tədqiqat ilində davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kilsədağ məbədi 1971-ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilib. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa olunub.

 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay