Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə meyiti tapılan 26 yaşlı qadın intihar edibmiş: Altı ay əvvəl ana olub - Yenilənib

Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.

Məlum olub ki, qadın 6 ay əvvəl ana olub. Lakin doğuşdan sonra gənc ananın mənəvi problemləri yaranıb, onda ruhi-psixoloji pozuntular müşahidə edilib. O, müalicə məqsədilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində isə Aygül dəfələrlə intihara cəhd edib, lakin hər dəfə yaxınları onun cəhdlərinin qarşısını alıblar.

Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Şəkidə süni göldən qadın meyiti aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Baş Göynük kənd ərazisində süni göldən Əhmədova Aygül Sərdar qızının meyiti tapılıb.

Onun son vaxtlar psixoloji sarsıntıları olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar