Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2022-ci ildə kəşf edilmiş yeni xəstəlik və diaqnozlar - Çoxu psixidir

2022-ci ildə Beynəlxalq Xəstəliklər Klassifikasiyasına yeni diaqnozlar daxil edilib. Bəzi xəstəliklərin yaşı çox olsa da, alimlər ilk dəfədir onları patologiya hesab edib. Bunların çoxu müasir gənclərdə baş verən psixoloji dəyişikliklərdir.

PİA.az Bakupost.az-a istinadən yeni xəstəlik və diaqnozları təqdim edir:

1. İkinci tip bipolyar affektiv pozuntu – Bu xəstəlik üçün hipomaniya və ya yüngül dərəcədə maniya xarakterikdir. Uşaqlar və gənclərdə daha çox aşkarlanmağa başlanılıb.

2. Kompüter və telefonda oyunlardan asılılıq – Çində bir neçə iqromaniyaya aludə olan gəncin tükənmədən ölməsi faktından sonra ÜST onu patologiya hesab etməyə başladı. Sutkanın 20 saatını kompüterdə oyunlara həsr edənləri psixiatr müalicə etməlidir.

3. Psixogen, qarşısı alınmaz yemək – Xəstələr fasiləsiz yeyir, fast-fudu çox qəbul edir, bununla belə aclıq hissi sanki sönmüş olur.

4. Frotterizm – üst geyiminin üzərindən öz cinsi orqanını sığallayıb, özünə həzz verən şəxslərdə baş verən seksual deviasiya.

5. Nevrotik ekskoriasiya - əsəb sarsıntısı və nevroz səbəbindən şəxsin özünün dərisini intensiz yaralayıb, qaşıyıb qoparması, qanatması. Obsessiv – kompulsiv xəstəliklər siyahısına daxil edilib.

6. Patoloji zibil yığma – lazımsız əşyaların, zibilin, köhnə əşyaların, küçədən hər hansı əşyanın toplanıb bir yerə yığılması. Obsessiv – kompulsiv xəstəliklərə daxildir.

7. Dismorfofobiya – insanın bədənində hər hansı əzanın, hissənin, orqanı bəyənməməsi və bunu defekt hesab edərək buna görə narahat olması. Belə xəstələr hətta burnunun formasına görə intihar edə bilər. Xəstələr plastik əməliyyatlara can atır və nəticədən yenə də razı qalmırlar.

Siyahıdan göründüyü kimi, xəstəliklərin çoxu müasir texniki inkişafın bəlalarıdır və əksəriyyəti psixi pozuntulardır. Əgər bir xəstəlik beynəlxalq siyahıya alınıbsa, deməli onun müalicəsi də artıq var. Sadəcə bunu vaxtında görüb, həkimə müraciət etmək lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar