Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbul olunması gözlənilən Rəqabət Məcəlləsi... - İşləyəcəkmi?

İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb..

Ekspert: “Ehtimal var ki, bu il Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunacaq. Amma indi biz bilmirik Rəqabət Məcəlləsi hansı formada hazırlanıb”.

Azərbaycanda məmurların və onların ailə üzvlərinin gəlir və xərc bəyannaməsi tələbi olmayana qədər, bu sahədə qanun qəbul edilməyənə qədər, daşınmaz əmlakın dövlət reyestri və kommersiya hüquqi şəxslərin dövlət reyestri şəffaf olmayana qədər Rəqabət Məcəlləsi qanunu işləməyəcək”.

Bu sözləri ekspert Əkrəm Həsənov Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunacağı gözləntisini PİA.az-a şərh edərkən qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib ki, İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Məlumdur ki, bir dəfə Rəqabət Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılıb, ikinci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. Bəs Rəqabət Məcəlləsinin indi qəbul olunması gözləniləndir? Ümumiyyətlə Rəqabət Məcəlləsi qəbul edildikdən sonra belə, onun işlək olacağına inanmaq olar?

Rəqabət Məcəlləsinin qəbul olunmasını PİA.az-ın əməkdaşı ekspert Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Hamı bilir ki, Azərbaycanda haqsız rəqabət edən, inhisarçılıq edən bir qayda olaraq iri dövlət məmurlarıdır”.

Hər bir halda ölkədə Rəqabət Məcəlləsinin olmasını olduqca vacib hesab edən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, ölkədə sağlam rəqabət və antiinhisar fəaliyyətinin formalaşması iqtisadi inkişafın və sosial rifahın təməlini təşkil edə bilər:

“Ehtimal var ki, bu il Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunacaq. Amma indi biz bilmirik, Rəqabət Məcəlləsi hansı formada hazırlanıb. Bəlkə də, Rəqabət Məcəlləsini müzakirədən çıxaracaqlar ki, orada bəzilərini qane etməyən məqamlar olsun. Buna görə də gərək məcəllə Milli Məclisin saytında dərc olunsun və biz də ekspertlər olaraq onu dəyərləndirə bilək.

Hər bir halda ölkədə Rəqabət Məcəlləsinin olması olduqca vacibdir. Çünki ölkədə sağlam rəqabət və antiinhisar fəaliyyəti vacibdir və ölkədə sağlam rəqabət və antiinhisar fəaliyyətinin formalaşması iqtisadi inkişafın və sosial rifahın təməlini təşkil edə bilər.

Amma bu problemlər təkcə Rəqabət Məcəlləsi ilə həll olunan deyil. Ölkədə qanunun aliliyi müstəqil, ədalətli, dürüst məhkəmələr bərqərar olunmayana qədər istənilən qanuni qəbul etmək olar. Amma ola bilsin ki, həmin qanunu tətbiq etmək çətinlik yaradacaq. Necə ki, digər qanunlarla da belədir. Misal üçün gəlir bəyannamasi qanunu illər əvvəl qəbul olunsa da hələki qüvvəyə minməyib. Başqa qanunlar da var ki, kağız üzərində mövcudluğundan başqa heç bir təsir gücü yoxdur.

Əkrəm Həsənov: “Bizdə sahibkarlıq məhz hökümətin ayrı-ayrı qüdrətli şəxslərinin nəzarəti altında olduğu üçün bu qanunun işləməsi ehtimalı da çox kiçikdir. Yəni bunun üçün bizim məmurların təfəkkürü və yanaşma tərzi dəyiməlidir. Bu mümkündürmü?”.

Eyni zamanda da hamı bilir ki, Azərbaycanda haqsız rəqabət edən, inhisarçılıq edən bir qayda olaraq iri dövlət məmurlarıdır. Buna görə də Azərbaycanda məmurların və onların ailə üzvlərinin gəlir və xərc bəyannaməsi tələbi olmayana qədər, bu sahədə qanun qəbul edilməyənə qədər, daşınmaz əmlakın dövlət reyestri və kommersiya hüquqi şəxslərin dövlət reyestri şəffaf olmayana qədər Rəqabət Məcəlləsi qanunu işləməyəcək. Bu birmənalıdır.

Əslində Rəqabət haqqında qanunun işləməsi ölkədə sahibkarlığın məmur monopoliyasından çıxması üçün vacibdir. Bunun üçünsə hökümət öz iradəsini ortaya qoymalıdır. Amma bizdə sahibkarlıq məhz hökümətin ayrı-ayrı qüdrətli şəxslərinin nəzarəti altında olduğu üçün bu qanunun işləməsi ehtimalı da çox kiçikdir. Yəni bunun üçün bizim məmurların təfəkkürü və yanaşma tərzi dəyiməlidir. Bu mümkündürmü? Bu ritorik sualın cavabı havadan asılıb”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay