Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir universitetdə tələbələrdən pul tələb edilir - İddia

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pul almaq üçün tələbələrin imtahandan kütləvi şəkildə kəsilməsi iddia edilib. 

İkinci kurs tələbələri Oxu.Az-a bildirib ki, universitetdə tələbələrə qarşı ədalətsizlik hökm sürür

“İmtahandan qəsdən kəsirlər, daha sonra pul tələb edirlər. Tələbə təqaüdünə ehtiyacı olanlar var, amma buna əhəmiyyət verən yoxdur.

İmtahan zamanı tələbənin birindən telefon, birindən isə “şparqalka” tutdular, amma müəyyən səbəbdən bir tələbəni bağışladılar, digərini yox”.

Eyni zamanda, iddia edilib ki, pul almaq məqsədi ilə Teatr sənəti fakültəsinin Aktyorluq ixtisasında multikulturalizm fənnindən yüksək balla imtahana daxil olan 22 tələbəni də imtahandan qəsdən kəsiblər. 

Qeyd edilib ki, universitetdə yeməkxanaya kənardan yemək gətirilməsi qadağası da var.

İddialarla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən açıqlama almaq istəsək də, saytımıza bildirdilər ki, bu barədə heç bir açıqlama verilməyəcək.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin də, müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar