Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VHP-dən Rusiyaya etiraz: "Suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq"

Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin AzərbaycanErmənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla səsləndirdiyinə inanmaq çətindir. Rusiya xarici işlər naziri S.Lavrovun Ankarada Türkiyə diplomatiyasının lideri Mövlud Çavuşoğlu ilə qapalı görüşdən sonra “Biz Cənubi Qafqazda necə fəaliyyət göstərəcəyimiz barədə anlaşma əldə etdik” deməsinin ardınca İrəvanda fərqli mövqe göstərməsi Kremlin ənənəvi “bulanıq suda balıq tutmaq” siyasətinin davamıdır. Son vaxtlar rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə baş verən təxribatlar və Azərbaycanın suveren hüququna qarşı yönəlik hərəkətlər də bu siyasətin tərkib hissəsidir. Kreml artıq qəbul etməlidir ki, tərəflər problemi özü həll etmək iqtidarındadır, delimitasiya və demarkasiya prosesi yalnız AzərbaycanErmənistan sərhədlərinin dəqiqləşdirilməsini nəzərdə tutur. Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycanın tərkib hissəsi olan bir ərazi ilə bağlı delimitasiyadan danışmaq sadəcə, beynəlxalq hüquq normalarından uzaqlaşmaq deyil, həm də, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünə açıq təhdiddir. Bütün bunlar onu göstərir ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı müsbət irəliləyişin olmasını istəmir. Əksinə, Kreml əlindən gələn hər şeyi edir ki, iki ölkə arasında sülh sazişinin hazırlanması prosesi pozulsun.

Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın son addımlarını və siyasətini qətiyyətlə pisləyərək bəyan edir ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlərə sadiqdir, amma dövlətimzin suverenliyinə qarşı istənilən addımın qətiyyətlə qarşısı alınacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay