Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patruşev: “Bir sıra dövlətlər Ukraynanın parçalanması üçün fəal iş aparır”

Artıq bir sıra dövlətlər Ukraynanın parçalanması üçün fəal iş aparırlar, Kiyev rejiminin, eləcə də ABŞ və onun müttəfiqlərinin hərəkətləri Ukraynanın dağılmasına gətirib çıxarır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kazanda Volqaətrafı regionda milli təhlükəsizliyin təmin edilməsinə dair müşavirədə çıxış edərkən bildirib."Onlar bizə deyirlər ki, Ukraynanın suveren qalmasına, ərazi bütövlüyünü qoruyub saxlamasına tərəfdardırlar. Amma biz bilirik ki, bir sıra dövlətlər artıq onun parçalanması üçün fəal iş aparırlar", - deyə Patruşev vurğulayıb.

Onun sözlərinə görə, Vladimir Zelenski Donbas sakinlərini separatçı elan edərək onlarla hərbi əməliyyatlar apararaq, polyaklara xüsusi status, o cümlədən yüksək dövlət vəzifələrində işləmək imkanı vermək və əslində Ukrayna ərazisində başqa dövlətin vətəndaşlarına hüquqlar vermək niyyətindədir.

“Belə olan halda Ukraynanın suverenliyi nə dövlət başçısını, nə də daha çox öz geosiyasi məqsədlərinə çatmaq üçün Ukrayna xalqının maraqlarını qurban verməyə hazır olan ABŞ və onun müttəfiqlərini narahat edir. Onların hərəkətləri Ukraynanın real parçalanmasına gətirib çıxarır”, - deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Patruşev onu da bildirib ki, Rusiya Donbas əhalisini qorumaq, Ukraynanı neonasistlərdən və radikal millətçilərdən təmizləməyi hədəfləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay