Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““TEKNOFEST Azərbaycan” Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi” - Könül İsmayılova

Müasir Müsavat Partiyasının sədr müavini: “Göy üzündə ay ulduzun olması, bayraqlarımızın rənglərinin göy üzündə dalğalanması möhtəşəm idi”.

Xəbər verdiyimiz kimi artıq 3 gündür ki Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir. Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və bu ideyanın müəllifi Selçuk Bayraktar bildirib ki, Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur. Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin hər zaman bir-birinə dəstək olduğunu söyləyən Səlçuq Bayraktar “Texnofest” sayəsində türk övladlarının nələri başaracağını dünyaya göstərəcəklərini vurğulayıb.

PİA.az-ın əməkdaşı “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı haqqında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılovanın fikirlərini öyrənib.

Könül İsmayılova: “İki qardaş ölkənin belə festivallar keçirməsi çox təqdirəlayiqdir”.

44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimizin torpaqlarımızı azad etdiklərini xatırladan Könül İsmayılova bildirib ki, buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir:

Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirildi. Burada Azərbaycan və Türkiyənin iştirak etməsi alqışlanası haldır. Çünki Azərbaycan və Türkiyə iki dövlət, bir millət və qardaş ölkədir. İki qardaş ölkənin də belə festivallar keçirməsi çox təqdirəlayiqdir.

Hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsində türk PUA-ları sayəsində əsgərlərimiz torpaqlarımızı azad etdilər. Buna görə də indi həmin PUA-ları canlı görməyin özü başqa bir möcüzədir. Eyni zamanda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı türk birliyi haqqında dünyaya verilən siyasi bir mesaj idi.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda oldu və cənab Prezidentlə o rəngarəngliyi izlədilər. Göy üzündə ay ulduzun olması, bayraqlarımızın rənglərinin göy üzündə dalğalanması möhtəşəm idi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar