Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb

Son illər ölkəmizdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən kənd təsərrüfatının inkişaf etdirilən sahələrindən biri də baramaçılıqdır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafına yönəldilib. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 73 qutu ipəkqurdu toxumu paylanılıb.

Mayın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış Dəmirçilər və Kosalar kəndlərində olub, ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə ki, əksər kəndlərdə ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdları barama sarımağa başlayacaqlar. Bir müddət sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini görəcək. Beşinci yaşda bəsləmə tədbirləri barədə danışan kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana 

bilər. Kümçülər ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü, otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının da kifayət qədər olduğunu vurğulayıblar. Kəndlərdə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

"İpəkqurdunun bəslənilməsi məsuliyyət tələb edir, əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını qeyd ediblər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Xoşbulaq kəndinə ildırım düşüb, elektrik xətti sıradan çıxıb

Ən çox oxunanalar