Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəblər dövlət içində dövlət yaradıb?” - Könül İsmayılova 

Xəbər verdiyimiz kimi Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən şagirdlərin sinəsinə Rusiya imperiyasını simvolizə edən “Georgi lenti”nin yapışdırılması cəmiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu.

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova da bu mövzuda fikirlərini bölüşüb.

Könül İsmayılova bildirib ki, uşaqların yaxasından Xarı Bülbülün simvolunu, bayrağımızın lentlərini asmaq olardı:

“Məktəb şagirdlərinin yaxasına Rusiyanın 9 May qələbəsinin işarəsini asmaq düzgün deyil. Əslində məktəblərdə milliliyimiz, türkçülüyümüz təbliğ olunmalıdır. Ordumuzun şücaəti, şəhidlərimizin,  qazilərimizin canı bahasına 30 ildən sonra torpaqlarımız azad edildi. Bu il də Şuşa ilidir. Buna görə də uşaqların yaxasından Xarı Bülbülün simvolunu, bayrağımızın lentlərini asmaq olardı.

Biz 9 Mayı simvolik bilirik. Həmçinin Rusiya imperiyasının xalqımızın başına açdığı oyunları da bilirik. İkinci Dünya müharibəsində bizim də babalarımız, yaxınlarımız gedib döyüşüb və geri qayıtmayıblar. Amma bunu bir sinifdə bu qədər təbliğ etmək nə qədər düzgündür? Bununla nə demək istəyirlər?

Məktəblər dövlət içində dövlət yaradıb? Məktəblər uşaqlarımızı əsl vətənpərvər kimi yetişdirməlidir . Eyni zamanda məktəblər gündə baş verən intihar hallarına qarşı maarifləndirmə aparmalıdır. Məktəblər dövlətin siyasətinə niyə qarışırlar? Lazım olsa, bu barədə dövlət qərar verər və bütün məktəblərdə də belə təbliğat aparılar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar