Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş rəsm və kitab sərgisi keçirilib

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatlarında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir.

PİA.az xəbər verir ki, 5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş rəsm-foto və kitab sərgisi təşkil olunub. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev, Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva, kitabxananın və qalereyanın kollektivi iştirak eidb.

Öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, həmçinin Ümummilli liderin Şirvan (keçmiş Əli Bayramlı) şəhərinə səfəri zamanı çəkilmiş fotolar tədbir iştirakçılarında dərin təəssürat yaradıb.
Sonra Mərkəzdə Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin həyat və fəalyyətinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar. Sərgidə gənc rəssamların Ulu öndərə hörmət və ehtiramlarının əks olunduğu rəsm əsərləri və fenomenal, dahi şəxsiyyətin haqqında yazılmış cild-cild kitablar haqqında ətraflı məlumat verən Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları Ümumilli liderin bütün fəaliyyəti dövründə kitabxana işçilərinə və rəssamlara göstərdiyi həssas münasibətin və qayğının bu gün cənab Prezident İlham Əliyev təərfindən davam etdrilməsindən ruhlandıqlarını bildiriblər və Ulu öndərin hər zaman qəlblərdə yaşayacağını ifadə ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Ən çox oxunanalar