Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ilanlara məskən olur?: Sürünənlərlə qarşılaşan zaman nə etməli? - Açıqlama, video

“Ölkədə, o cümlədən Abşeron yarımadasında ilanların fəallığı artıb. Qışlama yerlərindən yenicə çıxan sürünənlər, eləcə də ilanlar cütləşmə, çoxalma, yemlənmə ilə bağlı ətraf ərazilərə yayılırlar. Bu dövrlərdə insanların tez-tez ilanlarla rastlaşması mümkündür ki, paytaxt ərazisində artıq bir neçə belə hal baş verib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Təvəkkül Hüseynov deyib.

O bildirib ki, Bakı sürünən heyvanlar üçün yaşayış məskəni deyil:

Bakı landşaft baxımından şəhər tipli olduğundan ilanların yaşayışı üçün şərait mövcud deyil. İlanların yaşaması üçün sakit mühit, yem obyektlərinin (siçan-siçovul, kərtənkələ, müxtəlif xırda məməlilər və s. - red), sığınacaq yerlərinin mövcud olmaması onların uzun müddət paytaxtda qalmasına imkan vermir.

Lakin buna baxmayaraq, ilanlar müxtəlif yollarla paytaxt ərazisinə qədər gətirilir. Tikinti yerlərindən, çöllükdən, Bakının ətrafındakı yarımsəhra ərazilərdən TIR-larla daşınan qumun, daşın arasında ilanlar olur. Bu, təsadüfən olur və belə hallarda insanlar ilanlarla qarşılaşanda müəyyən mənada narahatlıq keçirirlər. Əslində, bu o qədər də vahiməyə səbəb olan fakt deyil. Çünki ilanlara toxunmasanız, onlar sizə zərər verməzlər. Bütün hallarda bu kimi halların olmaması daha arzuolunandır”.

Bəs ilanlarla qarşılaşan zaman onları daşlamaq, yoxsa həmin yerdən uzaqlaşmaq lazımdır?

Mütəxəssis bu kimi hallarla qarşılaşan zaman hansı addımın atılması ilə bağlı tövsiyələrini də verib:

“Şəhər mühitində insanlar ilanlarla rastlaşırlarsa, bu, fövqəladə hal hesab olunur və Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Əslində, bu sahədə xüsusi səriştəsi olan insanların köməyinə ehtiyac var. Lakin təəssüf ki, ölkədə, xüsusilə Bakıda belə bir qurum yoxdur. Odur ki, məsləhət görərdik ki, bu kimi hallarda FHN-ə müraciət edilsin”.

Qeyd edək ki, son günlər paytaxt küçələrində gözə çarpan ilanlar insanları qorxudub. İddialara görə, Elmlər Akademiyasının həyətində, Memarlıq və İnşaat Universitetinin həyətində, hətta maşınların üzərində belə ilanlara rast gəlinib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar