Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenə qaza hava vurulduğu iddia olunur - “Azəriqaz” haqlıdır, yoxsa vətəndaş...

Qaz borularına havanın vurulması ilə bağlı çox abonentlər şikayət edirlər...

Sosioloq-jurnalist: “Qaz təchizatında həllini gözləyən müəyyən problemlər var, lakin qaz xətlərinə hava vurulub abonentlərə satılması ilə bağlı yayılan məlumatlar əsassızdır”.

“Sosial şəbəkələrdə yayılmış videolarda da görünür ki, bu proses günün günorta çağı hamının gözü qabağında aparılır, halbuki belə bir məqsəd olsa, bunu gecə vaxtı və ya yaşayış massivindən kənarda gizlicə edərdilər”.

Bu sözləri sosioloq-jurnalist Elçin Bayramlı əhalinin qaza hava vurulur iddialarını PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi sosial mediada qaz borusuna hava vurulması ilə bağlı vətəndaşlar tərəfindən video paylaşılır. Bu videolar da geniş müzakirələrə səbəb olur. “Azəriqaz” İstehsalat Birliyi məsələ ilə bağlı dəfələrlə açıqlama versə də, məsələ bağlanmır.

Əslində, ölkədə qaz böhranı qış ayında daha çox olur. Bu qış da Bakıda və Sumqayıtda yaşayanlar əhalinin qazla bağlı şikayətləri səngimək bilmədi.. Təkcə sosial şəbəkələrdə olan şikayətləri toplamaqla narazılığın kütləvi olduğunu söyləmək olar. Çünki qışda evlərə ya qaz verilmir, ya fasilələrlə verilir, ya qazın təzyiqi aşağı olur, yaxud da qazın bərpası zamanı xətlərdən hava gəlir.

Əsasən də qaz sayğaclarına artıq havanın vurulması ilə bağlı çox abonentlər şikayət edirlər. Amma Azəriqaz bildirir ki, qaz xətlərində hava vurulur və sonra borulardan çıxarılır. Bəs vətəndaşlar və Azəriqazın arasında yaranan bu mübahisəli məsələdə hansı tərəf haqlıdır?

PİA.az mövzunu sosioloq-jurnalist Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Qaz təchizatı ilə bağlı başqa problemlər var ki, bununla bağlı biz də dəfələrlə tənqidi münasibət bildirmişik”.

Qaz xəttinə hava qarışdırıla bilməz, oksigenin qazla qarışaraq partlayışlar törədə biləcəyini vurğulayan sosioloq-jurnalist bildirib ki, bu qazların sıxlığı, tərkibi, xüsusiyyəti tamam fərqlidir:

“Qaz təchizatında həllini gözləyən müəyyən problemlər var, lakin qaz xətlərinə hava vurulub abonentlərə satılması ilə bağlı yayılan məlumatlar əsassızdır. Mən şəxsən bu məsələni peşəkar mütəxəssislər vasitəsilə araşdırdım, hətta “Azəriqaz”ın təchizat və təmir sahəsində uzun müddətdir çalışmış texniklərlə də danışdım. Bu hal tamamilə başqa texniki prosesdir. Burada müxtəlif obyektiv səbəblərdən bəzi hallarda qaz xətlərinin təmizənməsi prosesi aparılır. Məsələn, bəzi hallarda, vətəndaşların apardığı təmir işləri zamanı borular zədələnir və ya başqa səbəbdən çox köhnə dövrdən qalmış boru çürüyür, su və qaz boruları qarışır və qaz xəttinə su düşmüş olur.

Bu halda problemi həll etmək üçün yeganə texniki üsul var ki, bütün dünyada tətbiq olunur. Həmin boru xətti hər iki tərəfdən bağlanır, qaz verilişi dayandırılır və xətdəki suyu çıxarmaq üçün kompressorla yüksək təzyiqli hava vurulur boru təmizlənir. Sonra qaz verilişi bərpa olunur. Bu proses zamanı abonetlərə qaz verilmədiyindən sayğac da yaza bilməz. Yalnız prosesdən sonra 2-3 saniyə hava gələ bilər ki, bu da boruda qalmış cüzi hava ilə bağlıdır. Həmin borunun içində qalmış cüzi hava, qaz verilişi bərpa olunarkən ilk saniyələrdə hətta sayğacdan keçərək qaz cihazlarına gəlsə belə, heç 1 qəpik də yaza bilməz.

Elçin Bayramlı: “Bu proses zamanı abonetlərə qaz verilmədiyindən sayğac da yaza bilməz”.

Ümumiyyətlə, qaz xəttinə hava qarışdırıla bilməz, oksigen qazla qarışaraq partlayışlar törədə bilər. Bu qazların sıxlığı, tərkibi, xüsusiyyəti tamam fərqlidir. Sosial şəbəkələrdə yayılmış videolarda da görünür ki, bu proses günün günorta çağı hamının gözü qabağında aparılır, halbuki belə bir məqsəd olsa, bunu gecə vaxtı və ya yaşayış massivindən kənarda gizlicə edərdilər. Yəni, burada texniki mümkünsüzlükdən əlavə, məntiq də yoxdur.

İnsafən, Azəriqazın işində son vaxtlar xeyli müsbət dəyişikliklər baş verib, idarənin qaynar xətti son vaxtlarda şikayətlərə və məlumatlara operativ reaksiya verilir və problemin dərhal aradan qaldırılması üçün tədbir görülür. Qaz təchizatı ilə bağlı başqa problemlər var ki, bununla bağlı biz də dəfələrlə tənqidi münasibət bildirmişik. Hər hansı bir abonentin probleminə Azəriqaz tərəfindən vaxtında reaksiya verilmədikdə bizə müraciət edə bilərlər. Biz həmin problemin daha tez həllinə kömək edərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay