Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli bəy Hüseynzadənin Azərbaycan İstiqlal Muzeyində qorunan irsi” kitab-albomu ictimaiyyətə təqdim edildi

Aprelin 28-də Azərbaycan İstiqlal Muzeyində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş “Əli bəy Hüseynzadənin Azərbaycan İstiqlal Muzeyində qorunan irsi” kitab-albomunun təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət və media nümayəndələri iştirak edib.
Tədbirin aparıcısı, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bildirdi ki, kitab-albom Əli bəy Hüseynzadənin qızı Feyzavər Turanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə – Azərbaycan İstiqlal Muzeyinə hədiyyə etdiyi, şəxsi təşəbbüsü ilə atasına, qardaşına və özünə məxsus 161 ədəd maddi mədəniyyət nümunəsindən ibarət kolleksiyanı əhatə edir.

Tədbirdə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib ki: “Əli bəyin bu kitab-albomda bizlərə təqdim olunan şəxsi əşyalarına baxarkən biz bir daha o böyük mütəfəkkirin nə qədər kübar, alicənab və milli mənsubiyyətinə yüksək dəyər verən şəxsiyyət olduğunu görürük. İnanıram ki, MİMTA Fondunun və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş bu nəfis kitab Əli bəyin həyat və fəaliyyətini araşdıranlar üçün faydalı bir tədqiqat materialı olacaqdır”.

Həmçinin “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus bildirdi ki, kitab-albom “Füyuzat” dərgisinin 15 illiyinə gözəl töhfədir: “Bu kitab-albomda XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın böyük mütəfəkkiri, milli məfkurənin yaranmasında, milli maarifçilik hərəkatının tərəqqisində böyük xidmətləri olan Əli bəy Hüseynzadənin mirası toplanmışdır. İnanırıq ki, bu kitab xalqımız və ziyalılarımız tərəfindən rəğbətlə qarşılanacaq”.

Daha sonra Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç çıxış etdi. O, Türkiyə-Azərbaycan ortaq tarixində Əli bəyin xidmətlərini diqqətə çatdırdı, eyni zamanda Ə.Hüseynzadənin yaradıcılığına toxunaraq onun fikirlərinə nəzər salmağın vacibliyini vurğuladı.

Tarix elmləri doktoru, professor Solmaz Tohidi çıxışında Əli bəyin düşüncə tariximizdəki roluna diqqət çəkdi, onun irsinə sadiqliyin vacibliyini vurğulayaraq ərsəyə gətirilən işi yüksək qiymətləndirdi.

Akademiyanın müxbir üzvü, professor Könül Bünyadzadə də Əli bəy ideyalarının yaşadılmasını milli şüurun müasir nəslə aşılanması baxımından mühüm hesab edərək kitabın hazırlanmasına görə MİMTA Fonduna və İstiqlal Muzeyinə minnətdarlığını bildirdi.

Çıxış edən digər qonaqlar da Əli bəy Hüseynzadənin Azərbaycan milli məfkurəsinin formalaşmasında böyük rolundan bəhs etdilər, Əli bəy irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından kitab-albomun Azərbaycan mədəniyyətinə və elminə gözəl töhfə olduğunu bildirdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Ən çox oxunanalar