Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunis Səfərov apellyasiya məhkəməsində Elmar Vəliyevdən danışıb

Niyyət, motiv, hadisənin baş verdiyi şərait mütləq nəzərə alınmalıdır...

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə odlu silahla sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfər haqqında hökm qüvvədə saxlanıb.

Xatırladaq ki, bu barədə hökm Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

Onların hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib. Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

Məhkəmədə Yunis Səfərov bildirib ki, onları mütəşəkkil dəstə kimi təqdim etmək absurddur. Onun sözlərinə görə, icra başçısının əhaliyə zülmü pik həddə çatdığına görə onu cəzalandırmaq qərarına gəlib. Səfərov deyir ki, əgər mütəşəkkil dəstə olsaydı, o, silahı bankın mühafizəçisinə xəsarət yetirərək əldə etmək məcburiyyətində qalmazdı: “Bu hadisəyə görə mən axtarışda idim, o müddətdə üç gün binanın çardağında, buz kimi yerdə qaldım. Mənə kömək eləyən olsaydı, niyə qalmağa yer tapmırdım? Mənə kömək eləyən olsaydı, bu işi icra hakimiyyətinin binasında eləməzdim. Ora ən uyğunsuz yer idi”.

Saxlandıqdan sonra işgəncələrə məruz qaldığını deyən Səfərov vurğulayıb ki, icra başçısının özbaşınalıqlarına müvafiq orqanlar “dur” demədiyinə görə vəziyyət bu həddə gəlib çatdı: “Məmur özbaşınalığı ictimaiyyətin bədənində xəstəlikdir. Onun üstünə vaxtında düşməyəndə inkişaf edir, kök atır. Mən qanunu pozmuşam. Amma hər qanunu pozan cinayətkar deyil. Elə ona görə də hər qanunu pozana eyni münasibət göstərilmir. Qanunun özü də bunu deyir. Niyyət, motiv, hadisənin baş verdiyi şərait mütləq nəzərə alınmalıdır. Bu hadisədə niyyət terror eləmək, haranısa partlatmaq yox, haqsızlığın, ədalətsizliyin qarşısını almaq olub”.

O, Vəliyevin Gəncədə inanclı şəxsləri qıcıqlandırması, həbs etdirməsi, məscidə ayaqqabı ilə daxil olub insanları təhqir etməsi, Aşura günündə şərab tədbiri keçirməsi haqda da danışıb.

Səfərovun çıxışından sonra prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını təklif edib. Bir neçə dəqiqəlik müşavirədən sonra hakim də şikayətlərin təmin olunmadığı, hökmün qüvvədə saxlandığını elan edib.

Vəkil Şəhla Hümbətova AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək: “Düzü, mənim hökmün dəyişəcəyinə, qanuni, əsaslı qərar veriləcəyinə ümidim yox idi. Amma təqsirləndirilən şəxslər və onların qohumlarının ümidi vardı. İnsanlar məyus oldular. Ali Məhkəmə də şikayəti təmin etməsə, Avropa Məhkəməsinə şikayət göndəriləcək”.

Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova deyir ki, məhkəmənin ədalətli qərar verəcəyinə inanmasalar da, az da olsa, ümidləri vardı.

“Əslində bu nəticəni gözləyirdik. Amma yenə də içimizdə bir ümid vardı ki, ailələri, uşaqları var. Görünür, bunlar düşündüyümüzdən də insafsızdırlar. Bu qədər ədalətsizlik, qəddarlıq olar?!” (Gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay