Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Mərkəzi Bankın yeni sədrindən danışdı

"Taleh Kazımov sistemin adamıdır. Milli Məclislə, Azərbaycan hökuməti ilə işləyəcək".

Bu sözləri millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlamasında Taleh Kazımovun Mərkəzi Bankın sədri təyin edilməsi ilə bağlı sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın sədri əhali ilə işləyən orqanla-Milli Məclislə işini sıx qurmalıdır: “Elmar Rüstəmov kifayət qədər təcrübəli kadr idi. Bank sistemini bilirdi. Azərbaycanda bank sisteminin formalaşmasında rolu olub.

İndi sədr təyin olunan insan da bank işçisi olub. Sonra “PAŞA Bank”da adi vəzifədən Baş direktorluq vəzifəsinə qədər yüksəlib. O da təcrübə yarandıqca püxtələşəcək. Biz müzakirələrdə Mərkəzi Bankla əlaqədar iradlarımızı bildirdik, o da qeyd etdi. Əsas odur ki, Taleh Kazımov sistemin adamıdır, sistemi bilir. Milli Məclislə, Azərbaycan hökuməti ilə işləyəcək. Daha çox Milli Məclislə işləməlidir. Çünki əhali ilə işləyən orqanıq”.

Deputat yeni kadrların təcrübəli işçiləri işdən çıxarmasının səhv addım olduğunu vurğulayıb: “Dövlət başçısı daha çox gənclərin vəzifəyə gətirilməsinə və ölkənin inkişafında iştirak etmələrinə imkan yaradır. Hökumətdə gəncləşmə prosesi gedir. Bu yaxşıdır. Amma əsas məsələ odur ki, təyin olunan gənclər işin öhdəsindən gələ bilsin.

Yeni gələn gənclər təcrübəli şəxslərə dəyməsə, daha yaxşı olar. Onlar yetişirlər, işin içinə daxil olurlar. Dövlətin, xalqın problemlərini bilirlər. Onların təcrübəsindən istifadə edilməlidirlər. Onların həyat təcrübəsi, insanlarla rəftarı kifayət qədər böyük təcrübədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay