Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın artıq sülh müqaviləsini bağlamaqdan başqa yolu qalmır” - Könül İsmayılova

Aprelin 6-da Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan Brüssel görüşü barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova fikirlərini bölüşüb.

Azərbaycan 5 bəndlik sülh təkliflərini Ermənistana bir müddət öncə təqdim etdiyini xatırladan Könül İsmayılova bildirib ki, bunu görə də görüşdə rəsmi Bakının tələblərini öncədən təxmin etmək mümkün idi:

Könül İsmayılova: “Ermənistana təzyiq edilməsə, Brüssel görüşündə əldə olunan razılaşmalardan yayınmaq üçün hər çür təxribata əl atacaq”.

“Dünən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel şəhərində Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş baş tutdu.
4 saatdan artıq davam edən bu görüşü ümumi olaraq müsbət qiymətləndirmək olar. İlk növbədə müsbət haldır ki, tərəflər Rusiyasız bir araya gəlirlər. Həm də görünən odur ki, Ermənistanın artıq sülh müqaviləsini bağlamaqdan başqa yolu qalmır.

Görüşdən sonrası Avropa İttifaqı Şurasının Prezident Mişel də "Twitter" hesabında paylaşım edərək görüşü məhsuldar adlandırdı. Yəni düşünmək olar ki, tərəflər görüş zamanı sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Bildiyimiz kimi Azərbaycan 5 bəndlik sülh təkliflərini Ermənistana bir müddət öncə təqdim edib. Bunu görə də görüşdə rəsmi Bakının tələblərini öncədən təxmin etmək mümkün idi.

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, eyni zamanda sülh müqaviləsinin imzalanması bir neçə bəyanatda əks olunsa da, Ermənistan bu bəyanatlara zidd olaraq prosesi uzadır. Amma buna görə Ermənistan heç bir təzyiqlə üzləşmir. Buna görə də düşünürəm ki, ilk növbədə bu məsələ öz həllini tapmalıdır. Çünki indi də Ermənistana təzyiq edilməsə, Brüssel görüşündə əldə olunan razılaşmalardan yayınmaq üçün hər çür təxribata əl atacaq”.

Müasir Müsavat Partiyasının sədr müavini onu da qeyd edib ki, görüşün ən məhsuldar tərəfi Dağlıq Qarabağ ifadəsinə yaxud da ATƏT-in Minsk Qrupununa istinad olmamasıdır:

“Brüssel görüşünün nəzərə çarpan ən məhsuldar tərəfi də görüşdə Dağlıq Qarabağ ifadəsinə yaxud da ATƏT-in Minsk Qrupununa istinad olmadı. Ermənistan tərəfinin israrla prosesin ATƏT formatında həllini istədiyi məlumdur. Amma Ermənistanın bu istəyi də reallaşmadı.

Başqa bir əsas məsələ odur ki, Rusiyanın Avropa masasındakı razılaşmaya nə dəyəcəyidir. Bunu da zaman göstərəcək. Rusiya onsuz da Ukraynada məğlub olur. Rusiya gücünün Cənubi Qafqazda da zəifləməsinin göz önünə almayacaq. Buna görə də Ermənistana Avropa razılaşmasının pozulması üçün öz tələblərini verəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Ən çox oxunanalar