Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin 3 ildir icra edilməyən “Məhkəmə islahatları” Fərmanı... - Məhkəmə sistemində buna kimlər mane olur?..

Məhkəmələrdə hələ də süründürməçilik, rüşvət və başqa neqativ hallar var...

Ekspert: “Deməli, kimlərəsə, bütün bunların olması sərf etmir və onlar dövlət başçısının siyasətinin əksinə gedirlər. Nəticədə məhkəmə-hüquq islahatları hazırda durğunluq dövrünü yaşayır”.

“Axtarış sistemi hər kəsə imkan verəcək ki, hər hansı sözü axtarışa verərək aidiyyəti məhkəmə təcrübəsini öyrənsin və hakimdən həmin təcrübəyə riayət etməyi tələb etsin. Hakim bunu etməsə belə, yekunda heç olmasa Ali Məhkəmə və ya Konstitusiya Məhkəməsi mübahisəli iş üzrə vahid yanaşmanı formalaşdırmaq məcburiyyətində qalacaq”.

Bu sözləri hüquqşunas Əkrəm Həsənov Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmanın hələ də icra edilməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmandan 3 il keçdi. Fərmana əsasən məhkəmə qərarları ilə bağlı internet axtarış sistemi yaradılmalıydı, lakin aradan 3 il keçməsinə baxmayaraq, hələ də məhkəmə qərarları üzrə axtarış sistemi yoxdur.

Prezidentin fərmanında yer alan bu maddə niyə icra edilmir? Aydın məsələdir ki, məhkəmələrdə hələ də süründürməçilik, rüşvət və başqa neqativ hallar var. Bu hallara görə demək olarmı ki, bu qərarın icra edilməsinə mane olanlar var?

Məhkəmə fərmanının icra olunamamasını PİA.az-ın əməkdaşı hüquqşunas Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Görünən odur ki, islahatları dirçəltmək üçün köklü kadr dəyişiklikləri də olmalıdır”.

Fərmanın bəzi digər mühüm göstərişlərinin də ən azı tam icra olunmadığını vurğulayan hüquqşunas PİA.az-a bildirib ki, məsələn, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması tələbinə həmişə riayət olunmur:

“Məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılması ən azı üç səbəbdən olduqca vacibdir:

1. Vahid məhkəmə təcrübəsinin formalaşması (Fərmanın tapşırılarından biri də bu idi). Konstitusiyamızın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu, həmçinin o deməkdir, məhkəmələr analoji işlərə eyni cür baxmalıdır.

Axtarış sistemi isə hər kəsə imkan verəcək ki, hər hansı sözü axtarışa verərək aidiyyəti məhkəmə təcrübəsini öyrənsin və hakimdən həmin təcrübəyə riayət etməyi tələb etsin. Hakim bunu etməsə belə, yekunda heç olmasa Ali Məhkəmə və ya Konstitusiya Məhkəməsi mübahisəli iş üzrə vahid yanaşmanı formalaşdırmaq məcburiyyətində qalacaq.

Nəticədə məhkəmə qərarlarının qabaqcadan proqnozlaşdırılmasının səviyyəsi xeyli artacaq. Bu da həm vətəndaşların, həm də sahibkarların, şirkətlərin əminlik hissini artıracaq və ölkədə biznes və investisiya mühiti yaxşılaşacaq. Təbii, məhkəmələrdə korrupsiya da ciddi şəkildə azalacaq. Çünki məhkəmələr dar çərçivəyə salınacaq, özbaşınalıq edə bilməyəcəklər.

2. Hakimlərin iş yükünün azaldılması. Hazırda məhkəmələrin işi çoxdur. Problemlərdən biri də işlərə qiymət verilməsi və məhkəmə qərararının hazılarnmasına vaxtın az omasıdır. Bu da təbii, hakimlərin işinin keyfiyyətini azaldır. Nəzərə alsaq ki, ölkəmizdə hüquq təhsii aşağı, hüquq elmi isə yox səviyyəsindədir, hakimlər əksər hallarda qərarlarını heç normal əsaslandıra da bilmirlər.

Axtarış sistemi isə hakimlərə oxşar məhkəmə işlərini tapmağa və qərarlarını onların əsasında hazırlamağa şərait yaradacaq. Bu da tədricən ölkədə hüquq elminin də inkişafına zəmin yaradacaq. Sonra təhsilin də vəziyyəti düzələcək.

Əkrəm Həsənov: “Məhkəmə qərarlarının dərc olunmasında da problemlər var. Məsələn, Ali Məhkəmənin Plenumunun qərarlarının əksəriyyəti dərc olunmur. Halbuki, bu, Konstitusiyanın tələbidir”.

3. Vəkillərin ixtisaslaşması. Hazırda vəkillərin çoxu müxtəlif işlərlə məşğul olur. Çünki ixtisaslaşma demək olar ki, yoxdur. Əsas səbəb də bütövlükdə hüquqşünasların, bir qayda olaraq, yalnız qanunları bilməsi ilə bağlıdır.

Məhkəmə təcrübəsini bilən vəkil və hakim isə azdır. Əsasən də bunlar artıq yaşlı hüquqşünaslardır. Çünki təcrübələri var. Axtarış sistemi imkan verəcək ki, yaşından asılı olmayaraq hər bir vəkil aidiyyəti məhkəmə təcrübəsini yaxşı öyrənə bilsin. Təbii, bu, xeyli vaxt tələb edəcək. Nəticədə vəkillər arasında ixtisaslaşma güclənəcək. Hərəsi yalnız uzağı bir neçə sahə üzrə məhkəmə təcrübəsini yaxşı biləcək. Tədricən cəmiyyət də bunu biləcək. Hər “xəstəliyin” (hüquqi problemin) öz “həkimi” (vəkili) olacaq. Bu da həm hüquqi xidmətlərin keyfiyyətini artıracaq, həm də vəkillərin işinin nisbətən daha obyektiv qiymətləndirilməsinə və mükafatlandırılmasına xidmət edəcək.

Bu gün isə təəssüf ki, bütün bunlar yoxdur. Deməli, kimlərəsə, bütün bunların olması sərf etmir və onlar dövlət başçısının siyasətinin əksinə gedirlər. Nəticədə məhkəmə-hüquq islahatları hazırda durğunluq dövrünü yaşayır. Bəzi məsələlərdə isə, əksinə, geriləmə var. Görünən odur ki, islahatları dirçəltmək üçün köklü kadr dəyişiklikləri də olmalıdır. Digər sahələrdə olduğu kimi.

Əslində, Fərmanın bəzi digər mühüm göstərişləri də ən azı tam icra olunmayıb. Məsələn, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması tələbinə həmişə riayət olunmur. Məhkəmə qərarlarının dərc olunmasında da problemlər var. Bundan başqa Ali Məhkəmənin Plenumunun qərarlarının əksəriyyəti dərc olunmur. Halbuki, bu, Konstitusiyanın tələbidir. Digər məhkəmələrin də qərarlarının hamısının dərc olunmasına əminlik yoxdur. Çünki nömrə ardıcıllığı ilə dərc etmirlər.

Əkrəm Həsənov: “Süründürməçilik artır, məhkəməyə müraciət prosesi çətinləşir. Bir sözlə, qaş düzəltmək əvəzinə vurub göz çıxartmışıq”.

Nəhayət, Fərmanın preambulasındakı “məhkəməyə müraciət imkanları daha da genişləndirilməli” məramı, zənnimcə icra olub. Belə ki, məsələn, Fərmandakı “məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi” tapşırığı sırf dövlət rüsumlarının artırılması formasında icra edilib və bu da məhkəməyə müraciət imkanlarını məhdudlaşdırıb. Eyni zamandaməbləğdən asılı olaraq kassasiya şikayətlərinin verilməsi imkanı da məhdudlaşdırılıb.

Digər tərəfdən, kassasiya icraatı tərəflərin iştirakı olmadan (yazılı, yəni qiyabi formada) həyata keçirilməyə başlayıb.

Fərmandakı “mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin”, tapşırığı mediasiyanın bəzi hallarda icbari tətbiqi kimi icra edilir. Nəticədə süründürməçilik artır, məhkəməyə müraciət prosesi çətinləşir.

Bir sözlə, qaş düzəltmək əvəzinə vurub göz çıxartmışıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay