Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı erməni separatçıları da referandumla Rusiyaya birləşmək istəyir...

Ən pis ssenaridə olsa belə, Rusiyanın Azərbaycana qarşı belə bir addım atma ehtimalı varmı?..

Nəsimi Məmmədli: “Cənubi Qafqaz regionunda müvəqqəti dondurulmuş münaqişələr hər an aktiv fazaya keçə bilər. Bu münaqişələri idarə edən Rusiyanın üzləşdiyi beynəlxalq təcrid dərinləşdikcə regionda gərginlik də artır”.

Fərhad Məmmədov: “Cənubi Osetiyanın bu qərarı Qarabağ ermənilərindən daha çox regional təhlükəsizliyə əsas təhdidlərdən biridir. Çünki bu Gürcüstanın sərt mövqeyinə və hər hansısa bir təxribata səbəb ola bilər”.

Cənubi Osetiya separatçılarının Rusiyanın tərkibinə qatılmaq üçün referendum keçirmək planı Qarabağdakı erməni separatçılarını həvəsləndirib. Separatçıların nümayəndələrindən biri Sasun Barsekyan bildirib ki, Ermənistan onlardan əlini çəkdiyinə görə, referandum keçirərək Rusiyaya birləşmək lazımdır.

Ən pis ssenaridə olsa belə, Rusiyanın Azərbaycana qarşı belə bir addım atma ehtimalı varmı və bu perespektiv Cənubi Qafqazda hansı proseslərə səbəb ola bilər?

Separatçıların referendumunu PİA.az-ın əməkdaşı əməkdaşı politoloqlar Nəsimi Məmmədli və “Valday” klubunun eksperti Fərhad Məmmədovla müzakirə edib.

Nəsimi Məmmədli: “Separatçıların bu tipli bəyanat vermələri təbiidir və bu heç nəyi dəyişmir. Önəmli olan Rusiyanın bunu istəyib-istəməsidir”.

Rusiyanın hazırda Cənubi Qafqazda əsas söz sahibi olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, Ukrayna ilə müharibə fonunda regionda yeni gərginlik Moskva üçün əlavə problemlər yarada bilər. Rusiyanın indi belə bir istəkdə olması üçün əsaslar görünmür. Lakin sürətlə dəyişən şəraitin doğura biləcəyi risklər də istisna deyil:

“Hazırda dünyada çox mürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlər mövcuddur. Bu mərhələdə dövlətlərarası hərbi-siyasi və geosiyasi maraqlar sürətlə dəyişir. Cənubi Qafqaz regionunda müvəqqəti dondurulmuş münaqişələr hər an aktiv fazaya keçə bilər. Bu münaqişələri idarə edən Rusiyanın üzləşdiyi beynəlxalq təcrid dərinləşdikcə regionda gərginlik də artır.

Rusiya Ukrayna ərazisində Luqansk və Donbasda separatçı fəaliyyətə hərbi-siyasi dəstək verməklə digər regionlardakı separatçı qüvvələri də aktivləşdirir. Referendumla Rusiyaya birləşmək idayası da ilk olaraq Rusiyanın Ukraynada uğursuz hərbi əməliyyatlarından sonra tanınmamış bu separat bölgələrdə meydana çıxdı. Həmin təşəbüssdən isə Cənubi Osetiya yararlanmaq istəyir. Çünki separatçı Cənubi Osetiya Şimali Osetiyaya birləşmək istəyir və bu onların çoxdankı arzularıdır. Ermənilərin də bu vəziyyətdən yararlanmaq istəməmələri isə təəccüb doğurardı. Çünki Keçmiş SSRİ məkanında separaizmin əsasını qoyan erməni separatizmi varlığını sürdürə bilməsi üçün, indi özünə Ermənistandan daha güclü bir hami tapmalıdır və bu Rusiyadan başqası ola bilməz. Ona görə də separatçıların bu tipli bəyanat vermələri təbiidir və bu heç nəyi dəyişmir. Önəmli olan Rusiyanın bunu istəyib-istəməsidir.

Ukrayna ilə müharibə Rusiyanın iqtisadi-siyasi gücünü getdikcə zəiflədəcək. Zəifləyən Rusiya tədricən qlobal hərbi-siyasi rəqabətdən kənara atıla bilər. Bu da Rusiyanı daha da aqressiv hala gətirib ətrafına daha çox hücum etməsinə yol aça bilər.

Cənubi Osetiya və ya digər separatçılar referendum keçirərək Rusiyanın tərkibinə qatılmaq istəyə bilərlər. Lakin hazırda qüvvədə olan beynəlxalq hüquq normaları bu addımı legitim saymayacaq. Gürcüstanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq birlik adekvat reaksiya verəcək. Bundan əvvəl Rusiya Cənubi Osetiyanın və Abxaziyanın “müstəqilliyini” tanımışdı. Lakin bu onların statusunda heç bir dəyişiklik yaratmadı. Cənubi Osetiyanın Rusiyanın tərkibinə qatılmaq isə tamamilə fərqli bir şeydir. Bu Gürcüstan ərazisinin ilhaq olunması deməkdir və bu beynəlxalq hüquqda həm Rusiya üçün, həm də Cənubi Osetiya üçün tamamilə fərqli bir vəziyyət yaradır. Bu, eyni zamanda Ukraynada olduğu kimi, yeni regional müharibələr üçün zəmin hazırlaya bilər.

Nəsimi Məmmədli: “Rusiya nəinki ikitərəfli sazişlərə, heç beynəlxalq hüquqa da məhəl qoymadan istədiyini edir və bunu Ukraynaya təhlükəsizlik təminatı verən bir ölkə olaraq uzun illərdir ki, nümayiş etdirir”.

Rusiya hazırda Cənubi Qafqazda əsas söz sahibidir. Odur ki, indi bu regionda yeni gərginlik Moskvaya əlavə problemlər yarada bilər. Rusiyanın indi belə bir istəkdə olması üçün əsaslar görünmür. Lakin sürətlə dəyişən şəraitin doğura biləcəyi risklər də istisna deyil.

Qarabağdakı erməni separatçılarını da son hərbi-siyasi olaylar bir qədər həvəsləndirib. Onlar da yaranmış fürsətdən istifadə etməyə çalışacaqlar. Separatçılar hərbi təhlükəsizliyi Rusiyanın, siyasi-diplomatik dəstəyi isə ABŞ və Fransanın timsalında Qərbdən alır. Ancaq hazırda Rusiya və Qərb arasındakı gərgin münasibətlər erməni separatçıları qarşısında əsas əngəldir. Bu durumda separatçıların Rusiyaya birləşmək cəhdləri onların Qərbdən aldıqları dəstəyi tükədə bilər.

Eyni zamanda 22 fevral 2022-ci il tarixində RusiyaAzərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci və 11-ci bəndləri Rusiyanın Qarabağdakı erməni separatçı fəaliyyətinə açıq dəstəyini çətinləşdirib. Lakin haqlı olaraq düşünmək olar ki, Rusiya nəinki ikitərəfli sazişlərə, heç beynəlxalq hüquqa da məhəl qoymadan istədiyini edir və bunu Ukraynaya təhlükəsizlik təminatı verən bir ölkə olaraq uzun illərdir ki, nümayiş etdirir. Belə bir gerçəyi nəzərə almaqla yanaşı, Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan münasibətləri də hazırda RusiyaAzərbaycana qarşı neqativ addımlardan çəkindirir. Buna baxmayaraq, Rusiyadan hər şey gözlənildiyinə görə, ən pis ssenariyə də hazır olmalıyıq”.

Fərhad Məmmədov: “Bu referendum bir gün hər hansısa formada elan olunsa, əlbəttə ki, Azərbaycan hərəkətlərə keçəcək”.

Referendum haqda təklifi Əsgəran rayonunun keçmiş rəhbərinin gündəmə gətirdiyini vurğulayan politoloq qeyd edib ki, hazırkı şəraitdə bu ideyanın aktual olduğunu düşünmür:

“Cənubi Osetiyanın bu qərarı Qarabağ ermənilərininin separat hərakatına təsirdən daha çox regional təhlükəsizliyə əsas təhdidlərdən biridir. Çünki bu Gürcüstanın sərt mövqeyinə və Cənubi Qafqazda müxtəlif səpkili təxribatlara səbəb ola bilər. Bunu nəzərə almaq lazımdır.

Qarabağ separatçılarına gəlincə isə mən belə bir refendumun olacağını düşünmürəm. Bu sözü Əsgəran rayonunun keçmiş rəhbəri deyib. Düşünmürəm ki, indi bu ideya aktualdır. Amma onu da qeyd edim ki, referandum bir günlük iş deyil. Bunu hazırlamaq üçün müəyyən vaxt lazımdır. Həmçinin referendumu elan etmək lazımdır.

Bu referendum bu gün hər hansısa formada elan olunsa, əlbəttə ki, Azərbaycan hərəkətlərə keçəcək. Azərbaycanın kifayət qədər mexanizmləri var ki, bu referendumun qarşısını alsın”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar