Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə və qlobal yoxsulluq... - Azərbaycanda ərzaq qıtlığı ola bilər?

BMT bütün dünyada qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib...

Sosioloq: “Qlobal ərzaq böhranı dünyada vəziyyəti gərginləşdirir. Xüsusən də Rusiya-Ukrayna müharibəsi taxılla bağlı ciddi problemlər yaradır”.

“Ümidvaram hökumət Rusiya ilə lazımi həcmdə buğda idxalı haqda razılaşıb, yoxsa belə arxayın olmazdılar. Bununla taxıl böhranından sığortalana bilərik, lakin bahalaşmadan yox”.

Bu sözləri sosioloq Elçin Bayramlı qlobal yoxsulluğun dərinləşdiyi dövrdə Azərbaycanı gözləyən ərzaq təhlükəsini PİA.az-a şərh edərkən qeyd edib.

Bir sıra ölkələr artıq ərzaq qıtlığı problemi ilə rastlaşırlar. BMT dünya miqyasında ərzaq məhsullarının qiymətində növündən asılı olaraq, 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Müharibə 68 milyard 240 milyon dollarlıq illik taxıl ixracatı olan Ukraynanın ixrac imkanlarını praktik olaraq minimumlaşdırıb. Bundan başqa da Rusiyada müharibə ilə əlaqədar olaraq taxıl ixracaatını dayandırıb. Bu da təbii ki, taxıl qıtlığının yaranmasına yol açan əsas səbəblərdən biridir.

Bəs qlobal böhranın ölkəmizə təsirləri hansı səviyyədə ola bilər? Azərbaycanda ərzaq, xüsusən də taxıl qıtlığının müşahidə edilməsi gözləniləndirmi?

Dünyada yaranan ərzaq qıtlığının ölkəmizə təsirlərini PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Bu ilin sonuna qədər unun və çörəyin qiymətinin 2 dəfə bahalaşacağı ehtimalı yüksəkdir”.

Daxili imkanlar kifayət etməsə, strateji rezervlərin xarici fondlarda uzunmüddətli qoyulmayan və çıxarıla bilən hissəsindən istifadə etməyin gərəkdiyini düşünən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, bütün hallarda bu vəsaitlər ölkənin dar günləri üçün saxlanılır. Artıq o günlər gəlib çatıb:

“Qlobal ərzaq böhranı dünyada vəziyyəti gərginləşdirir. Xüsusən də Rusiya-Ukrayna müharibəsi taxılla bağlı ciddi problemlər yaradır. Son mövsümdə quraqlıq səbəbindən isə qlobal taxıl istehsalı 20 faizdən artıq azalıb. İri istehsalçılar taxılı depolayıb və ixracı azaldıb. Taxılın qiyməti isə davamlı bahalaşır.

Bizim təkcə buğda illik idxalımız 1,4 milyon tondur, bunun da 99 faizi Rusiyadan alınır. Rusiya da Ukrayna ilə müharibədən dolayı həm buğdanın idxalına məhdudiyyətlər qoyub, həm də ixrac rüsumlarını artırıb. Ümidvaram hökumət Rusiya ilə lazımi həcmdə buğda idxalı haqda razılaşıb, yoxsa belə arxayın olmazdılar. Bununla taxıl böhranından sığortalana bilərik, lakin bahalaşmadan yox.

Heyvandarlıq üçün yemlərin də bahalaşması dolayı yolla diər ərzaq məhsullarının qiymətini artıracaq- quşçuluq və heyvandarlıq məhsullarının ilin sonuna qəədər artması gözlənilir. Bu ilin sonuna qədər unun və çörəyin qiymətinin 2 dəfə bahalaşacağı ehtimalı yüksəkdir. Ona görə də yerli taxıl istehsalını vaxtında artırmaq lazım idi. Qarabağda işğaldan azad olunan torparların əkilməsindən əldə olunacaq 150-200 min ton taxıl idxalın yalnız 10 faizini kompensasiya edə bilər. Lakin bu buğdanın çörək istehsalına yararlı olması da əsas şərtdir.

Hazırkı vəziyyətdə hökumətin bir yolu qalır, o da subsidiyalar və dotasiyalar vasitəsilə çörəyin bahalaşmasının qarşısını almaqdır. Bundan başqa, suvarma suyunun, dizelin və texnika icarəsinin qiyməti azı 2 dəfə aşağı salınmalıdır. Yerli istehsalın tələbatın yalnız 50 faizini ödəməsi idxaldan asılılığın yüksək olması deməkdir və bu da ərzaq qiymətlərinin bahalaşmasına səbəb olacaq. Əhalinin sosial vəziyyətinin getdikcə ağırlaşması fonunda təcili tədbirlərin görülməsi məcburi xarakter daşıyır.

Elçin Bayramlı: “Təcili tədbirlər görülməsə, əhalinin sosial vəziyyəti xeyli ağırlaşacaq və ölkədə sosial narazılıq böyüyəcək”.

Digər halda isə maaş və pensiyaların azı 50 faiz, normal halda isə 2 dəfə artırılması lazımdır. Bu artımlar da büdcə təşkilatlarında işləyən əhalini əhatə etdiyindən digərləri üçün faydasızdır. Özəl sektorda və fərdi işləyənlərin maaşları artmır. Çünki özəl sektorun xərcləri durmadan artır. Ona görə də, minimum əməkhaqqı tələbi 500 manata qaldırılmalıdır. İşçiləri əmək müqaviləsi olmadan işlədənlərin aşkar olunması və sərt cəzalandırılması vacibdir.

Fərdi işləyənlərin vergiləri azaldılmalıdır. Aqrar sektorda işləyən sahibkarlara güzəştli və uzunmüddətli kreditlərin həcmi xeyli artırılmalıdır. Əlillər, işsizlər və xəstələr üçün ayrılan sosial yardımların məbləği artırılmalıdır. Uşaqpulu bərpa olunmalıdır. Təcili olaraq bu tədbirlər görülməsə, əhalinin sosial vəziyyəti xeyli ağırlaşacaq və ölkədə sosial narazılıq böyüyəcək.

Burada yeganə sual qalır. Bəs bunun üçün tələb olunan maliyyə ehtiyatları hardan əldə olunacaq? Daxili imkanlar kifayət etməsə, strateji rezervlərin xarici fondlarda uzunmüddətli qoyulmayan və çıxarıla bilən hissəsindən istifadə etmək lazımdır. O vəsaitlər ölkənin dar günləri üçün saxlanılır. Artıq o günlər gəlib çatıb”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay