Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal ərzaq böhranı qapıda... - Hökümət təcili hansı addımlar atmalıdır?

Sudan ödənişli istifadə qaydaları təsdiqləndi... İki aydan sonra suyun qiyməti qalxa, yoxsa düşə bilər?..

Sosioloq: Axır ki, uzun müddətdir davasını döydüyümüz bir problem hökumətə çatdı. Fikrimcə, suvarma suyunun qiyməti endiriləcək. Bu məcburi addımdır”.

“Qlobal ərzaq böhranı qapıdadır və bizdə ərzaq istehsalı biabırçı vəziyyətdədir. Təcili olaraq istehsalın artımını stimullaşdırmağa ehtiyac var idi”.

Bu sözləri sosioloq Elçin Bayramlı Tarif Şurasının sudan istifadə haqqını 2 ay müddətində müəyyən ediləcəyi qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Tarif Şurası sudan istifadə haqqını 2 ay müddətində müəyyən edəcək. Qərara əsasən sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılacaq.

Həmçinin xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanılmış müqavilə əsasında müəyyən ediləcək.

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.

Bəs bu qərarın hansı müsbət nəticələri olacaq və qərar istehsalın artımını stimullaşdırmağa kömək edəcəkmi? Ümumiyyətlə iki aydan sonra suyun qiyməti qalxa, yoxsa düşə bilər? Eyni zamanda suvarma suyunun qiymətinin endiriləcəyi də gözləniləndirmi?

Qeyd edək ki, bütün dünyada iqtisadi analitiklər müharibə və geosiyasi gərginliklər fonunda dünyada qlobal ərzaq böhranın yaranma ehtimalını vurğulayırlar. Xüsusən Ukraynadakı müharibə fonunda taxıl istehsalının və ixracının aşağı düşəcəyi gözlənilir. Bu fonda Azərbaycan höküməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün hansı qaçınılmaz addımları atmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Ən əsası KTN rəhbərliyi tam heyətdə istefaya göndərilməli, aqrar sektorda sürətli inkişaf proqramı həyata keçirilməlidir”.

Tədbirlərin hamısı görülsə belə, ərzaq çatışmazlığının və bahalaşmanın qaçılmaz olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, hökümət artıq bu addımları atmaqda gecikib:

“Axır ki, uzun müddətdir davasını döydüyümüz bir problem hökumətə çatdı. Fikrimcə, suvarma suyunun qiyməti endiriləcək. Bu məcburi addımdır. Dünyada baş verən geosiyasi kataklizmlər və Rusiya-Ukrayna müharibəsi fonunda qlobal ərzaq böhranı qapıdadır və bizdə ərzaq istehsalı biabırçı vəziyyətdədir. Təcili olaraq istehsalın artımını stimullaşdırmağa ehtiyac var idi.

Növbəti addım kimi dizelin qiyməti aşağı salınmalıdır. Bu hazırkı dönəmdə Azərbaycan hökümətinin imkanları daxilindədir və təcili şəkildə ərzağın qiymətinə əsasız təsir edən bütün faktorlar aradan qaldırılmalıdır.

Üçüncü addım olaraq, hökümət subsidiyaları artırırmalıdır. Əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaqla yanaşı, melorasiya sahəsində də ciddi dəyişikliklər edilməli və bu sahədə korrupsiyanın qarşısı alınmalıdır. Əkin sahələri imkan yetdiyi qədər artırılmalıdır. Kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və satışına maneə yaradanlar həbs olunmalıdır.

Elçin Bayramlı: “Hökümət ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün sürətli şəkildə qaçılmaz tədbirləri həyata keçirməlidir. Bu günün tələbidir”.

Bundan başqa uzun aylar xarab olmayan ərzaq ehtiyatı yaradılmalıdır.

İxracda tənzimlənmə haqda qərar isə artıq verilib. Ölkədən əsas ərzaq tələbat mallarının çıxarılması məhdudlaşacaq. Bu tədbirlər hamısı görüls, belə, ərzaq çatışmazlığı və bahalaşma qaçılmazdır. Çünki hökümət artıq bu addımları atmaqda gecikib. Amma heç olmasa, vəziyyəti mümkün qədər kritik vəziyyətdən çıxarmaq olar.

Ən əsası KTN rəhbərliyi tam heyətdə istefaya göndərilməli, aqrar sektorda sürətli proqram həyata keçirilməlidir. Bunun üçün ölkənin strateji ehtiyatlarından bir neçə milyardı ölkəyə gətirib real iqtisadiyyata sərmayə qoyulmalıdır. Təcili şəkildə fermerlərə güzəştli kreditlər verilməlidir və bu kreditlər hər kəs üçün əlçatan olmalıdır.

Gözlənilən böhranın ağırlığını azaltmaq üçün lazım olan bütün imkanlar var. Hökumətin peşəkarlığını və operativliyini göstərməsi üçün unikal tarixi şans yaranıb və hökümət ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün sürətli şəkildə qaçılmaz tədbirləri həyata keçirməlidir. Bu günün tələbidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay