Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Andranik Köçəryan Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarından danışıb

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi Komissiyasının sədri Andranik Köçəryan yerli KİV-lərdən birinə müsahibəsində deyib ki, Rusiya ilə Ukrayna arasında gedən müharbəni “tərəflərin hərbi imkanlarını anlamaq üçün” yaxından izləyir. Nəzərə alaraq ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və KTMT üzvüdür, silahları əsasən Rusiyadan alır. Bu haqda 168.am nəşri yazır.

Andranik Köçəryan deyir ki, Rusiyanın Ukraynada qələbəsi, xüsusən də məğlubiyyəti birbaşa Ermənistanın, o cümlədən “arsaxın” (Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləri,-red.) təhlükəsizliyi problemlərinə təsirini göstərəcək.

“Bu müharibə Rusiyanı öz ordusunu sürətlə modernizə etməyə məcbur edəcək. Aydındır ki, Rusiya ordusunda idarəetmə səviyyəsi aşağı düşüb, Rusiya silahlarının üstünlüyü barədə təsəvvürlər daha əvvəlki deyil. Artıq müharibənin 27-ci günüdür, amma siyasi rəhbərlik tərəfindən Ukraynadakı xüsusi əməliyyatda qarşıya qoyulmuş hərbi vəzifə yerinə yetirilməyib. Bunun əvəzində biz həmin xüsusi təyinatlı bölmələri görürük ki, Rusiya həmişə onları öz ordusunu necə modernizə etdiyini sübut etmək üçün məmuniyyətlə dünyaya nümayiş etdirirdi. Lakin məlum oldu ki, böyük hesabla bu belə deyil”, - Andranik bildirib.

Ukrayna. Məhv edilmiş Rusiya kalonu

Teleaparıcı bu vaxt parlamentin komissiya sədrinə yönəldici sual verib: “Yeri gəlmişkən, sonuncu Qarabağ müharibəsində biz həm də Rusiya modelinə, rus hərb məktəbinə, partlamayan sursatlara görə uduzduq...Əgər əvvəl ordumuzu Rusiya modelinə uyğun modernizə etməyimiz başa düşülən idisə indi sual yaranır ki, nəyə görə biz hələ də bu yolla gedirik? Bu yeni məğlubiyyətə gətirib. çıxarmayacaqmı?”

Andranik Köçəryan bu deyilənləri inkar etməyib, əlavə edib ki, sonuncu Qarabağ müharibəsində Azərbaycan təkcə Rusiya silahları ilə deyil, İsrail və Türkiyə kimi qabaqcıl ölkələrin də silahları ilə döyüşürdü.

Qarabağda qənimət götürülmüş erməni tankları

“Bəli, 44 günlük müharibə zamanı Azərbaycan təkcə Rusiya istehsalı olan silahlar tətbiq etmədi. Bəli, Azərbaycan müharibə zamanı Türkiyə ordusunun idarəetmə modelini rəhbər tutdu, çünki bu istiqamətdə hələ müharibədən çox əvvəl işləməyə başlamışdı”,-Köçəryan deyib.

Sayt yazır ki, Andranik Köçəryan Rusiya ordusu haqda bu fikirləri baş nazir Nikol Paşinyanla razılaşdırmadan işlədə bilməzdi. Bu baxımdan Köçəryanın dediklərindən belə nəticə çıxarmaq olar ki, Ermənistan hakimiyyəti Rusiyadan və rus ordusu modelindən əlini üzüb, NATO modelinə uyğun ordu yaratmaq fikrinə düşüb. Hərçənd bunu necə edəcək, orası böyük  müəmmadır, çünki NATO modelinə uyğun ordu yaratmaq üçün həm də böyük kapital tələb olunur... (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Ən çox oxunanalar