Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran niyə “havaya” balistik raketlər atır? - Bu kimi addımlarla Tehran hansı məqsədləri güdə bilər?

Faktiki olaraq dünən İran İnqilab Keşikçiləri bahalı 12 balistik raketlə “havaya” atəş açıb...

Politoloq: “İranla nüvə sazişi artıq hazırdır və bu sazişi sadəcə imzalamaq qalır. Hazırda bu yenilənmiş sazişin imzalanmasında tək problem Rusiyadır”.

“Hazırda ABŞ-la İran arasında pozitiv danışıqlar gedir və münasibətlər kifayət qədər istilənib. Bu durumda İranın Ərbilədəki Amerika konsulluğunun yaxınlığına 12-yə qədər balistik raket atması doğrudan da çoxlu sualalr doğurur”.

Bu sözləri İran İnqilab Keşikçiləri Ərbildəki Amerika konsulluğunun yaxınlığındakı boş ərazini ballistik raketlərlə atəşə tutmasının səbəini PİA.az-a şərh edərkən bildirib.

Dünən İran İnqilab Keşikçiləri Ərbildəki Amerika konsulluğunun yaxınlığındakı boş ərazini ballistik raketlərlə atəşə tutub. Vaşinqton bu hücumun konsulluğa qarşı olduğundan əmin olmadıqlarını bildirib. Bununla belə bu insidentdən sonra İranla İraqın münasibətləri kəskin şəkildə pisləşib. İraq höküməti İrana nota verib. Hətta İranın önəmli şiə liderlərindən biri, əvvəllər Tehranla sıx münasibətlərdə olan Müqtəda əs-Sədr bu insidentlə bağlı İranın cəzalandırılması üçün BMT-yə müraciət edilməsini təklif edib.

Maraqlıdır ki, İranın balistik raketləri boş əraziyə düşüb və heç bir ziyan yaratmayıb. Yəni faktiki olaraq İran İnqilab Keşikçiləri bahalı 12 balistik raketlə “havaya” atəş açıb.

İranın bu şəkildə ballistik raketlərlə "havaya atəş açmasını" necə dəyərləndirmək olar və bu kimi addımlarla Tehran hansı məqsədləri güdə bilər?

PİA.az-ın əmkdaşı mövzunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Rusiya sənədin imzalanması üçün İran üzərindən sanksiyaların qalxması halında Moskva və Tehran arasında ticarətə embarqo qoyulmamasını tələb edir və bu səbəbdən də sazişin imzalanması yubanır”.

İranın dünən Ərbildəki Amerika konsulluğunun yaxınlığına balistik raketlər atması bir qədər gözlənilməz olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu bir neçə səbəblə bağlı ola bilər:

“Açığı İranın dünən Ərbildəki Amerika konsulluğunun yaxınlığına balistik raketlər atması bir qədər gözlənilməz oldu. Çünki hazırda ABŞ-la İran arasında pozitiv danışıqlar gedir və münasibətlər kifayət qədər istilənib. Bu durumda İranın Ərbilədəki Amerika konsulluğunun yaxınlığına 12-yə qədər balistik raket atması doğrudan da çoxlu suallar doğurur.

Hər şeydən əvvəl qeyd edim ki, hazırda İranın nüvə proqramı ilə bağlı danışıqlar son mərhələdədir və demək olar ki, tərəflər əsas məsələrdə razılığa gəliblər. Bu razılaşmadan sonra İran üzərindən sanksiyalar qalxacaq və İran nefti Avropaya ixrac olunacaq. Bu da təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın Rusiyadan enerji asılılığının ortadan qaldırılmasında əsas rol oynayacaq. Bu konteksdə ABŞ-la İran arasında münasibətlərin normallaşması və isnişməsi açıq-aşkar idi.

İranın Ərbildəki ABŞ konsulluğunun yaxınlığına balistik raket atmasını bir neçə səbəblərlə izah olunur. Bir qisim analitiklər hesab edirlər ki, İran raketlərinin hədəfi heç də Amerika konsulluğu deyil, həmin ərazidə yerləşən MOSSAD bazası olub. Dünən Vaşinqtondan verilən açıqlama da bu yöndədir.

Zaur Məmmədov: “Ola bilsin ki, İran bununla Rusiyanın mövqeyinin nəzərə alınmasını istəyir, ya da əksinə, İran Rusiyasız da, bu sazişin ən qısa zamanda imzalanmasını istəyir”.

Vaşinqtondan verilən açıqlamada bildirildi ki, onlar bu hücumun konsulluğa qarşı olduğundan əmin deyillər. Bu da dolayısı ilə hücumun ABŞ-a qarşı deyil, İsrailə qarşı olduğunu göstərir. Hər halda bu ciddi insidentdir və ABŞ-ın, Avropa Birliyinin İranla yeni formalaşan münasibətlərinə kölgə sala bilər.

Qeyd etdiyim kimi, İranla nüvə sazişi artıq hazırdır və bu sazişi sadəcə imzalamaq qalır. Hazırda bu yenilənmiş sazişin imzalanmasında tək problem Rusiyadır. Rusiya sənədin imzalanması üçün İran üzərindən sanksiyaların qalxması halında Moskva və Tehran arasında ticarətə embarqo qoyulmamasını tələb edir və bu səbəbdən də sazişin imzalanması yubanır. Lakin Rusiyaya sazişi imzalaması üçün bir həftə vaxt verilib və əks təqdirdə bu saziş Rusiyanın iştirakı olmadan imzalanacaq.

Ərbilə atılan raketin ikinci səbini də bəziləri bu proseslə əlaqələndirilər. Onlara görə İran Ərbildəki Amerika konsulluğunun yaxınlığına balistik raketlər atmaqla ABŞ-ı tələsdirir ki, sazişin imzalanmasını yubatmasın. Bu versiyadan çıxış edərsək, ola bilsin ki, İran bununla Rusiyanın mövqeyinin nəzərə alınmasını istəyir, ya da əksinə, İran Rusiyasız da, bu sazişin ən qısa zamanda imzalanamsını istəyir.

Zaur Məmmədov: “Yaxın zamanlarda Yaxın Şərqin şahmat taxtasında daha ciddi gedişlərin şahidi olacağıq”.

Digər bir versiya isə ondan ibarətdir ki, İranda və başqa dailərdə bəziləri, misal üçün İran İnqilab keşikçiləri bu sazişin imzalanmasında maraqlı deyillər, ona görə də bu təxribat törədilib. Lakin bütün hallardaa önəmli olan ABŞ-ın bu insidentə çox soyuqqanlı yanaşması oldu və bu da onu göstərir ki, Vaşinqton doğrudan da ən qısa zamanda İran üzərindən sanksiyaların götürülməsində maraqlıdır.

İsrailə gəlincə isə, Təl-Əviv təbii ki, bu sazişin imzalanmasını istəmir və ona görə də addımlar atır. Ümumiyyətlə isə Yaxın Şərqdə yeni balans formalaşqdadır və burda da İsraili narahat edən məqamlar çoxdur. Bu üzdən də İsrail Türkiyə münasibətlərini yenidən qurur.

İsrail Rusiya-Ukrayna müharibəsində də bitərəf mövqe sərgiləyərək balanslı siyasət yürüdür. Əslində isə İsrail Rusiyanın məğlub edilməsində maraqlı deyil. Görünür ki, ABŞRusiya arasında balansın qorunması və Rusiyanın həddindən artıq zəiflədilməsi İsrailin strateji maraqlarına uyğun deyil. Ona görə də İsrail çalışır ki, Rusiya regionda əsas aktorlardan biri kimi qalsın. Buna görə də hesab edirəm ki, yaxın zamanlarda Yaxın Şərqin şahmat taxtasında daha ciddi gedişlərin şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar