Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Guardian: “Bəşəriyyət Ukrayna böhranına görə aclıqla üz-üzədir”

Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək”.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşrində dərc edilən məqalədə deyilir.

Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. “Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”, - mütəxəssis izah edib.


Qəzet xatırladıb ki, bütün dünyada ərzaq qiymətləri Ukraynada vəziyyətin gərginləşməsindən əvvəl də artıb. Səbəb kimi iqlim böhranı və koronavirus pandemiyası göstərilir. İndi bu amillər Ukraynada əkin mövsümünün pozulması və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa riskini əlavə edib.


Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. Eyni zamanda, Qara dəniz regionundan buğda tədarükünün 40%-i ərzaq qiymətlərinin artıq kəskin bahalaşdığı Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.


Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, davam edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin artmasına və aclığa səbəb ola bilər: “Bu, qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoya və geosiyasi gərginliyi artıra bilər. Nəticələr onsuz da ailələrini dolandırmaqda çətinlik çəkənlər üçün xüsusilə ağır olacaq”.


Yaxınlaşan ərzaq böhranı təbii amillərlə daha da şiddətlənir. Belə ki, keçən il taxıl ixracında liderlərdən biri olan Kanada quraqlıq və isti ilə üzləşdi, oxşar problemlər Latın Amerikasında müşahidə olundu, ABŞ meşə yanğınları və digər fəlakətlərlə əhatə olundu, Avstraliya hazırda fəsadları gələcəkdə kənd təsərrüfatına təsir edən daşqınlardan əziyyət çəkir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Şərqi Afrika üzrə regional direktoru Maykl Danford bildirib ki, Şərqi Afrika hazırda aclığa ən yaxındır. Afrika Buynuzu regionunda yağışlı mövsüm məhsulu və mal-qaranı kütləvi məhv edib. Su və otlaqların olmaması icmalar arasında münaqişələrə səbəb olub: “Afrika Buynuzu bölgəsində təkrarlanan quraqlıqlar nəticəsində məhsullar ölür, mal-qara tələf olur və aclıq güclənir. Təcili humanitar köməyə və icmaların gələcəyə davamlılığını artırmaq üçün davamlı dəstəyə ehtiyac var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Afrikada meymunçiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay