Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ilə Tehran anlaşma memorandumu imzaladı: Zəngəzur dəhlizi tarixə qovuşur?

Məlum olduğu kimi, Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirildi. Görüş zamanı Azərbaycan ilə İran arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.

Əvvəla onu qeyd edim ki Araz çayı üzərində salınacaq iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün həmçinin rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini planlaşdırır.

Prinsip etibarilə Araz çayının sağ sahilindən Ordubada gediş-gəlişi təmin edən yol əvvəldən olub. Təəssüf ki, 27 illik işğal prosesi digər yollar kimi, bu yolun da istifadəsini mümkünsüz etdi. Yeni memorandumla isə artıq həmin yol Zəngəzur dəhlizi kontekstində şaxələnəcək.

İran Ermənstanı ofsaytda qoydu

44 günlük müharibə regionda bir çox reallığı əsaslı surətdə dəyişdi. Rəsmi Bakı az qala bunu hər fürsətdə istər region ölkələrinə, istərsə də regionda marağı olan böyük güclərə açıq-aşkar bildirir. Rəsmi Bakının təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Digər tərəfdən, Avropanın enerji təminatında həm ölkəmizin, həm də digər region ölkələrin rolu əsaslı surətdə artıb. Görünür Türkiyə və Rusiyanın ardından bunu İran da başa düşür.

Misal üçün İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. Rəsmi Tehran da bunu yaxşı başa düşür. İran tərəfi həm də onu anlayır ki, belə bir layihə Ermənistan ərazisindən deyil, məhz onun ərazisindən keçsə bu İranın da regionda rolunu artıracaq. Sözügedən Anlaşma Memorandumunun qeyri-müəyyən müddətə bağlanması da bunu bir daha təsdiq edir.

İrandan fərqli olaraq Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında faktiki olaraq maneəçilik törədir. Rəsmi İrəvan bu günə qədər müxtəlif bəhanələrlə qəsdən dəhlizi əngəlləməyə çalışır. Halbuki Ermənistan siyasi dairələri anlamır ki, bu dəhlizin reallaşması hər şeydən öncə rəsmi İrəvanın özü üçün əlavə dividentlər yaradacaq. Misal üçün dəhlizin Ermənistan ərazisindən keçməsi iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın blokadadan çıxması, dünyaya inteqrasiyasını sürətləndirə bilər.
Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Ermənistanı regionda yaradılacaq TANAP bənzəri ehtimal yeni layihələrdə pay sahibi edə bilər.
İran tərəfi isə zəif iradəli və uzaqgörən siyasətdən məhrum Ermənistan hakimiyyətindən fərqli olaraq regional reallığı dərk edərək Ermənistana təklif edilən bu fürsətdən yararlanmağı bacardı. Rəsmi Tehran yeni kommunikasiya bağlantısını Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda ərazisindən keçirməklə Ermənistanı faktiki olaraq ofsaytda qoymuş oldu.

Zəngəzur dəhlizi tarixə qovuşur?

Azərbaycan ilə İran arasında imzalanan Anlaşma Memorandumu təbii olaraq belə bir sual yaradır. Hesab edirəm bu razılaşma Zəngəzur dəhlizini sıradan çıxarmır Əksinə bu Bakıya İrəvana Zəngəzur dəhlizini açmaq üçün əlavə təzyiq rıçaqları verir.
Birincisi, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı düşdüyü ən böyük səhv belə bir kommunikasiyanın yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla biləcəyidir. Daha dəqiq desək, Zəngəzur dəhlizinin özlərinin nəzarət etdiyi yol məntiqi ilə açılmasını istəyirdi. Hətta rəsmi İrəvan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlaya biləcəyini düşünürdü. Rəsmi Bakı İranla imzalanan Anlaşma Memorandumu ilə İrəvanı seçim qarşısında qoydu. Yəni ya Zəngəzur dəhlizinin açılması ilə razı olmalı ya da regional layihələrdən kənarda qalmalıdır. Anlaşma Memorandumu Ermənistanın gözünü qorxuda, hətta Zəngəzur dəhlizi ilə bağlı geri çəkilməsi ilə nəticələnə bilər.

İkincisi, rəsmi Bakı Anlaşma Memorandumu ilə Ermənistanı geri addım atmağa məcbur etməklə yanaşı İrana qarşı ehtiyatı da əldən vermir. Məsələ ondadır ki, bu gün cənub qonşumuz ilə münasibətlər normallaşıb dialoq və əməkdaşlıq artsa da bir müddət sonra yenidən gərginləşməyəcəyini demək çətindir. Bunda görə də deyə bilərik ki, rəsmi Bakı Zəngəzur dəhlizindən imtina etməyəcək, əksinə bundan sonra bu dəhlizin açılmasında daha adekvat addımlar atacaq. Zəngəzur dəhlizi olacağı müddətdə İran da rəsmi Bakı ilə gərginliyi artırmaq istəməyəcək.

Üçüncüsü, rəsmi Bakı yaxşı anlayır ki, İranla imzalanan anlaşma memorandumu Ermənistanla quru əlaqəsi yaratmaq istəyən Rusiyanın planlarını pozur. Ancaq Kreml onu da anlayır ki, rəsmi Bakının belə bir gediş etməsi Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı yaratdığı süni maneələrdir. Hesab edirəm Rusiya onun planlarını pozan İrəvana bundan sonra daha çox təzyiq edəcək və Zəngəzur dəhlizinin açılmasında israrlı olacaq.

Nəticə etibarilə İranla imzalanan anlaşma memorandumu Zəngəzur dəhlizini sıradan çıxarmır, əksinə dəhlizin açılması üçün ölkəmizə Ermənistana birbaşa və kənar güclər fonunda əlavə təzyiq vasitələri qazandırır.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar