Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bağça müdiri təyin olunmaq üçün Vilyam Hacıyevin müavininə 3 min manat verildi”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Virtualaz.org-un xəbərinə görə, prosesdə İmişli rayonunun Qızılkənd icra nümayəndəsi olmuş Daxil Abdullayev şahid qismində dindirilib. O, ifadəsində əvvəl mühasib işlədiyini, 2017-ci ildə bu vəzifəyə təyin edildiyini, icra nümayəndəsi təyin olunmaq üçün icra başçısına rüşvət vermədiyini deyib. Amma icra hakimiyyətinin Ərazi idarəetmə orqanlarıyla iş şöbəsinin müdirinə pul verdiyini təsdiqləyib.

Şahidin istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğundan onun istintaqdakı ifadəsi məhkəmədə elan edilib. İstintaqdakı ifadəsində bildirib ki, icra nümayəndəsi təyin olunmaq üçün 5000, sonradan əmək müqaviləsini uzatmaq üçün də 2000 manat pul verib.

D.Abdullayev tərəflərin suallarını cavablandırarkən həmin vəsaiti icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevə verdiyini deyib: “68 yaşım var, yalan danışmaq istəmirəm. Demişdi ki, bayraq muzeyi tikilir, yardım etmək lazımdır, mən də verdim”.

Digər şahid Adil Kərimov da icra nümayəndəsi vəzifəsində çalışıb. O, bağça müdiri təyinatı üçün rüşvət verilməsi epizodu üzrə dindirilib: “Bağça müdiri təqaüdə getmişdi. Mən nümayəndə olaraq, humanitar şöbəyə məlumat verdim ki, bağça rəhbərsiz qalıb. Ali təhsilli xanım vardı, onun namizədliyini müdafiə elədik. Humanitar şöbədə müəyyən məbləğ istənildi. Xanımın qayınatası 3000 manat gətirdi, humanitar məsələlər üzrə başçının müavini Təranə xanıma verildi”.

Sabiq icra başçısı heç kimdən rüşvət istəmədiyini bildirib: “İstəmişəmsə, desin. Bəziləri gəlirlər burada yalan danışırlar, şər atırlar. Sağ olsun ki, düzünü deyir”.

Məhkəmədə İmişli rayonundakı beton zavodunun rəhbəri Zakir Əliyev də şahid qismində dindirilib. O, ifadəsində V.Hacıyev icra başçısı olduğu dövrdə onunla yaxşı münasibətlərinin olduğunu deyib. İcra hakimiyyəti üçün yeni bina tikilən vaxt xahiş edib ki, inşaat zamanı beton verilməsini onlara həvalə etsinlər: “İşlə bağlı problem vardı. İş yox idi, əməkdaşlara maaş verə bilmirdik. Xahiş elədim, icra hakimiyyətinin yeni binasının tikintisinə betonu biz verdik. Bu işi bizə vermək üçün icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 2000, ya da 3000 min pul vermişdim. Məbləğ dəqiq yadımda qalmayıb”.

Məhkəmə prosesi martın 14-də davam edəcək.

Qeyd edək ki, V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Sabiq icra başçısı elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar