Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın SWIFT-dən ayrılması sanksiyalar paketinə daxil edilə bilər

"Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər".

Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib.

Onun sözlərinə görə, İtaliya Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması ideyasını dəstəkləyib.

"İtaliya həmişə Avropa Komissiyasının təkliflərinə digər ölkələrlə birlikdə səs verib. Biz üçüncü sanksiyalar paketi üzərində işləyirik", - nazir əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının dövlət və hökumət başçıları bu gün Brüsseldə fövqəladə iclas keçirərək, Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya Federasiyasına qarşı ikinci şəxsi və iqtisadi sanksiyalar paketini təsdiqləyiblər.
Yeni məhdudiyyətlər arasında Rusiyanın məlumat ötürülməsi və SWIFT ödənişlərinin həyata keçirilməsi üçün banklararası sistemdən ayrılması imkanları müzakirə edilir.

Məlumat üçün bildirək ki, 1973-cü ildə yaradılan SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemi banklararası mesajlaşma sistemidir. Hər gün milyonlarca ödəniş və ya pul köçürməsi bu sistem vasitəsilə bankların balansında əks olunur. SWIFT sistemi Belçikada qeydiyyatdan keçib və şirkətin fəaliyyətinə Avropanın aparıcı ölkələrinin mərkəzi bankları tərəfindən nəzarət edilir. Bu ödəniş sistemi dünyada ən səmərəli və sürətli maliyyə mesajlaşma xidməti kimi tanınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay