Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusu əks-hücuma keçdi: Kiyevdəki diversant qrupları məhv edildi və Rostova raket atıldı...

"Bir qrup rus xuliqanı Obolonda, Lukyanovkada, Peçerskdə olublar. Qısa müddətli atışmalar oldu və dərhal dayandırıldı. Bu gün səhərə aid məlumatdır. Milli Qvardiya və Silahlı Qüvvələr peşəkar işləyir. Diversiya qrupları ya məhv edilib, ya da ələ keçirilib. Yeni siqnallar yoxdur. Ola bilsin diversiya qrupları haralardasa var, lakin onlar hazırda sakitləşiblər".

PİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç deyib. “Belə bir praktika var ki, düşmən qoşunları paytaxta yaxınlaşır. Orada iğtişaş yaratmaq və əhaliyə psixoloji təzyiq göstərmək üçün səy göstərirlər. Bu hadisə Kiyevdə baş versə də, kütləvi olmadı", - deyə Arestoviç bildirib.

Bu arada Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən aviabazasına raket zərbəsi endirib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin bir Su-30SM qırıcısı və daha bir neçə aviatexnika sıradan çıxarılıb. Aviazərbə barədə ilk məlumat və foto sosial şəbəkələrdə yayılıb. Ukraynanın Hava Qüvvələri Komandanlığı bu zərbəni ironik formada təsdiqləyib.

Çerniqov vilayətində Ukrayna hərbçiləri Minsk istiqamətində Rusiya ordusunun daha 20-ə yaxın tankını məhv edib. Bu barədə “Şimal” operativ komandanlığı Facebook səhifəsində məlumat yayıb. Hazırda canlı qüvvə itkisi dəqiqləşdirilir.

Həmçinin, "Şimal" bölməsi Repokdan Çerniqova doğru hərəkət edən Rusiya ordusunun texnikasının bir kolonunu da məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.

Bu arada Böyük Britaniya Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.

Prezident Zelenski baş nazirə Rusiyanın ən son hərbi irəliləyişləri, o cümlədən Ukrayna şəhərlərinə raket və artilleriya zərbələri, bu səhər erkən saatlarda Kiyevdə baş verən dəhşətli hadisələr barədə məlumat verib. Boris Conson Böyük Britaniyanın Ukraynaya əlavə dəstəyini öhdəsinə götürüb. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Ən çox oxunanalar