Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçurumun kənarında rəqs edən polkovnik

Bundan sonrakı dövrün taleyi Vladimir Putin adlı şəxsin əlindədir. O, Avropanın saatını geri çevirməyi bacaran adamdır...

Gassan Sherbil
“Şarkul Avsat” qəzeti, 21 fevral 2022-ci il

Bir dövlətin, xalqın taleyi həmin dövlət başçısının verdiyi qərardan asılı olur. Biz qorxunc Yaxın Şərqin uşaqları olaraq bu hekayəni yaxşı bilirik. Biz bilirik ki, üfüqdə korporativ dövlət erası görünmür və insanların taleyi bəzən parlamenti, konstitusiyanı, ordunu sadəcə öz ofisinin qulluqçusu kimi görən qüdrətli bir insanın iradəsindən asılı olur. Qərar verən şəxs ölkəni bu və ya digər istiqamətə apara bilər. Məsləhətçilərin əsas işi onların rəyi olmadan qəbul edilən qərarları bazara çıxarmaqdır. Uçurumun kənarında rəqs etmək isə güclülərin adətidir.

Elə də olur ki, bütün dünyanın taleyi bir insanın qərarından asılı qalır. Adam dişinə qədər silahlanmış bir dövləti idarə edir və tarixin onun xəritəsinə və ya roluna göstərdiyi haqsızlığın qisasını almağa çalışır. Ötən əsrdə dünyanı, yaxud öz ölkəsini qan gölünə çevirən qərarlar qəbul etmiş bir çox adamı nümunə göstərə bilərik. Mütəxəssislər illərlə belə adamların keçdiyi yolları araşdırıblar. Dünyanı qana bulayan şəxsləri xəstə kimi qələmə verənlər də var. Bu tərif Hitler, Stalin, Pol Pot və daha bir çox insan üçün istifadə edilib. Bu cür araşdırmaları oxuyanda qorxuram. Mən narahatam ki, onlar öz şərhlərində və mühakimələrində həddən artıq irəli gediblər. Amma bunun doğru olmasından daha çox qorxuram.

Bunu ona görə yazıram ki, bundan sonrakı dövrün taleyi indi Vladimir Putin adlı şəxsin əlindədir. O, Avropanın saatını geri çevirməyi bacaran adamdır. Putinin başqalarının qorxusundan istifadə etməkdə mahir olduğunu, ona yapışdırılmış pis oğlan obrazının və ya bəlkə də, yaratmağa çalışdığı hiyləgər oğlan obrazının bəhrəsini biçməkdə mahir olduğunu deyənlər var. Bu, onu göstərir ki, Berlin divarı yıxılmazdan əvvəl Berlin divarı yaxınlığında casusların izinə düşməkdə və başqalarını cəlb etməkdə ittiham olunan polkovnik Sovet İttifaqının xəritəsini cırmış, Rusiyanın dərin işığını söndürmüş Qərbə hələ də nifrət edir.

Ekspertlər prezident Putinin keçmişinə nəzər salır və onun hərəkətlərini yenidən qiymətləndirirlər. Hətta “New York Times” yazıb ki, Putinin uzun yemək süfrəsindən sonra qonaqlarını tərk etməsi onun reallıqdan uzaqlaşmasının, tənhalığının və onu sakitləşdirməyə çalışan liderlərdən fərqli olduğunu hiss etməsinin bir ifadəsidir. Yeni növ koronavirus (Covid-19) təcridinin prezidentə nələr etdiyi barədə danışmağa başlayanlar olsa da, onun 70-ci illərdə, ona xəyanət etmədən əvvəl tarixinin qızıl səhifələrini yazmağa çalışdığını söyləyənlər də var.

Ukrayna böhranından dünyanın şoka düşdüyü göz qabağındadır. Kremlin ağasının həftələr ərzində Avropanı uçurumun kənarına çıxaracağı gözlənilmirdi. Köhnə qitədə işğal sözünün oyanması gözlənilmirdi, təlimlər bir-birinin ardınca gələrək Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) generallarını köhnə planlarını yeniləməyə və Rusiyanı əzəli düşmənə çevirməyə məcbur edirdi. Avropa İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bu cür hədə-qorxu və dezinformasiyanın şahidi olmayıb. Qərb ölkələri öz arsenallarını qazmağı, işğallar və qaçqın konvoylarının geri qayıtması ehtimalını gözləmirdi.

Putinin karyerasının obyektiv müşahidəçisi bu adamın nəyin bahasına olursa olsun, Qırmızı Orduya Ukraynanı ələ keçirməyi əmr etməsini müşkül hesab edir. Belə bir macəra Rusiyaya qarşı Qərb ittifaqının ruhunu yenidən alovlandıra bilər. Bu da Rusiyanı Qərb ölkələri və əlaqələri kəsilmiş iqtisadiyyatıla yenidən qar altında yaşamağa sövq edəcək. Ukraynada intensiv qan tökülməsi etnik, dini və tarixi bağlara görə Rusiyanın özü üçün sağlam addım olmaya bilər. Bu cür təcrid Rusiyanın mövqeyini zəiflədəcək və onu Qərbin özündən daha çox təhlükə yarada biləcək Çin nəhənginin əsirinə çevirəcək.

Cənab prezident özünü və ölkəsini çıxılmaz vəziyyətə salıb? Bütün pulunu açdığı Ukrayna böhranı kazinosuna yatırıb? O, heç bir xərc çəkmədən müharibənin astanasından qayıda bilərmi? Qərb möhkəm qalarsa, qoşunlarını səfərbər etməyə və təlimlərə nəzarət etməyə davam edərkən dünyanı uzunmüddətli böhrana sürükləməyə cəhd edəcəkmi? Putin heç bir qələbə olmadan uçurumdan qayıda bilərmi? Müşüvirlərinə, generallarına nə deyəcək? Bəs onun gələcəkdə təşkil edə biləcəyi təlimləri və hərbi toplanışları kim ciddi qəbul edəcək?

Mən Putinin “ehtiyatsızlığı” və “tənhalığı” və “Covid-19-un nəticələri” haqqında oxuyuram, lakin onlara inanmaq fikrim yoxdur. Bununla belə, onun uzun müddət sarayda oturması prezidentin güc və unikallıq hissini ikiqat artırmış, hətta onu müşavirləri ilə deyil, tarixlə söhbət etmək nöqtəsinə gətirmiş ola bilər. Putin kimi ağıllı bir adamın Covid-19 izolyasiyası ucbatından reallıqdan, regional və beynəlxalq həqiqətlərdən qopduğuna inanmaq çətindir.

Biz, yəni dəhşətli Yaxın Şərq xalqları bəzən sarayın prezidentin xəyallarında yaratdığı dəyişikliklərdən qorxuruq. Bir gün Səddam Hüseyn qərar icra olunana qədər Müdafiə Naziri və Baş Qərargah rəisinə məlumat vermədən Respublika Qvardiya qüvvələrinə Küveyti işğal etməyi əmr etdi. Bir gün də Tariq Əziz rəhbərlik toplantısı keçirdi və orada “parçanı geri qaytarmaq” və Küveyti İraqın yeni qubernatorluğu kimi qəbul etmək haqqında qərar qəbul etdi. Əziz təcrübəsinə görə fəlakətli qərarın təhlükəsini anlayırdı. Amma küləyin istiqamətini ciddi şəkildə dəyişməyə çalışmadı. Bir gün İraq əsgərləri bütün müdafiə vasitələrinin yerlə-yeksan edildiyini başa düşdülər və heç kim prezidentdən Küveytdən geri çəkilməsini tələb etməyə cürət etmədi.

Bir gün isə Müəmmər Qəddafi Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) nazirlərinin oğurlanması, Səudiyyə və İran nazirlərinin öldürülməsi əmrini verdi. Əmri yerinə yetirmək məşhur venesuelalı Karlosa tapşırıldı və bu da baş tutdu.

Mən çox yaxşı bilirəm ki, Putin ağıllı, diqqətli və hiyləgər oyunçudur, niyyətlərini gizlətməkdə mahirdir və aldatma sənətində heç kim onun önünə keçə bilməz. Bilirəm ki, o KQB İnstitutunda saxta adla yaşamaq və gizli mürəkkəblə yazmaq şərtlərini, eləcə də dezinformasiya elmini öyrənib. Bilirəm ki, vaxtından əvvəl və ya gecikmədən hesabı düzgün zamanda bağlamaq sənətini mənimsəyib.

Lakin Ukrayna böhranı təhlükələrlə doludur. Bu böhran Krımın ələ keçirilməsindən və Suriyaya müdaxilədən sonra ortaya çıxan güc hissinin Covid-19 təcridinin prezidenti müşkülə salıb-salmayacağını ortaya qoyacaq. Gözləmək lazımdır. Çünki Qərb uçurumun kənarında rəqs etməyi mənimsəyən polkovnik qarşısında baş əyməyə üstünlük verə bilər...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Ən çox oxunanalar