Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib

"Bu gün biz Rusiyanın Ukraynaya qarşı qanunsuz hərəkətlərinə sərt cavab vermək barədə yekdil razılığa gəldik".

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

O deyib ki, Aİ-nin sanksiyalar paketi Rusiya Dövlət Dumasının 351 üzvünə şamil olunacaq bu üzvlər qondarma Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının tanınmasına səs verib.

Həmçinin, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən 27 fiziki və hüquqi şəxsə də sanksiyalar şamil olunacaq.

Bu, siyasi, hərbi, biznes və media sektorlarını əhatə edəcək.

“İki separatçı bölgə ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr hədəf alınacaq. Rusiya dövlətinin Aİ-nin kapital və maliyyə bazarlarına çıxış imkanları hədəf alınacaq”, - deyə Borrell qeyd edib.

C.Borrell bildirib ki, bu tədbirlər Aİ-nin tərəfdaşları və müttəfiqləri ilə sıx koordinasiya əsasında həyata keçirilir.

“Artıq Milanda bazarlıqlar etmək, Seint-Tropezdə şənliklər təşkil etmək, Antverpdə brilyantlar olmayacaq. Bu birinci addımdır. Biz həmrəyik”.

Borrell jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin adı sanksiya tətbiq olunacaq şəxslərin siyahısında yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay