Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Donbass əhalisini Rusiyaya köçürür... - Bu imitasiyadır, yoxsa müharibə?..

Bu Rusiyanın müharibə hazırlığı kimi qəbul edilməlidir, yoxsa Moskva on minlərlə insanı evindən didərgin salaraq müharibə hazırlığının imitisiyasını yaradır?..

Siyasi şərhçi: “Əhalinin çıxarılması məhz təzyiq mexanimzi kimi Rusiyanın hərbi texnikina vasitəsilə müdaxiləsini daha inandırıcı göstərmək üçün həyata keçirilir”.

Rusiya məhz Avropa ölkələrini, ABŞ-ı, yəni Ukraynanın əsas tərfdaşlarını qorxudur ki, onlar Minsk sazişlərini yerinə yetirilməsi ilə bağlı Kiyevə ciddi şəkildə təzyiq etməsələr hücum addımı ata bilər”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Rusiya hökümətinin son iki gündə Donbass əhalisini Rusiyaya köçürməsinin məqsədini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya höküməti son üç gündə Donbas əhalisini Rusiyaya köçürməklə məşğuldur. Əhali avtobus və maşınlarla Rusiyanın Rostov vilayətinə aparılır. Dünəndən başlayaraq isə Donbass sakinləri qatarlar vasitəsi ilə Rusiyanın digər vilayətlərinə daşınır. Çıxarılan əhali uşaq, qadın və yaşlılardan ibarətdir. 18-55 yaşlı kişilərə isə tanınmamış respublikalardan çıxmaq qadağan olunub. Onlar məcburi qaydada orduya yazılırlar.

Artıq 50 minə yaxın insan Rusiyaya daşınıb. Məcburi qaydada evlərindən çıxarılan insanlara Putinin göstərişi ilə 10 min rubl (222 manat) yardım göstərilir. Rusiya rəsmiləri köçürülən əhalinin hər şeylə təmin olunması ilə bağlı açıqlamalar versələr də, paylaşılan evlərindən didərgin salınan insanların hansı çətinliklərlə üzləşdikləri açıq görünür.

Donbassdan mülki əhalinin köçürülməsini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mülki əhali tanınmamış respublikalardan Ukrayna ordusunun açdığı atəəşlərə görə çıxarılır. Lakin Peskovun bu açıqlaması heç də ciddi qəbul olunmayıb. Çünki Donbassda müki əhali uzun illərdir ki, eyni şəraitdə yaşayırdılar. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə bildirib ki, əhali Ukraynanın həyata keçirdiyi soyqırıma görə Donbassdan çıxarılır.

On minlərlə insanı evlərindən köçürüb məcburi şəkildə qaçqın durumuna salan Rusiya hansı məqsədi güdür? Bu Rusiyanın müharibə hazırlığı kimi qəbul edilməlidir, yoxsa Moskva on minlərlə insanı evindən didərgin salaraq müharibə hazırlığının imitisiyasını yaradır?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Ümumi proseslərdə Rusiya qismən də olsa, öz istəklərinə və məqsədinə nail olub”.

Həm əhali çıxarılıb, həm də seperatçı qurumların tanınması ilə bağlı Dövlət Dumasının prezident Putinə müraciət etdiyini xatırladan siyasi şərhçi PİA.az-a bildirib ki, bu, ilk növbədə Qərbə və Ukrayna rəhbərliyinə bir mesajdır. Rusiya bununla çox ciddi olduğunun mesajını verir və müharibədən çəkinmədiyini nümayiş etdirir:

“Bu addım, yəni Donbassdan mülki əhalinin çıxarılması Rusiyanın son iki ay ərzində vəziyyəti gərginləşdirərək öz istəyinə nail olmaq istiqamətində atdığı növbəti addımdır. Uzun müddətdir ki, Ukrayna ilə sərhəddə ordu toplayan Rusiya son günlər müharibə istiqamətində iki addım atılıb. Yəni həm mülki əhali Donbassdan çıxarılır, həm də Donbassdakı seperatçı qurumların tanınması ilə bağlı Dövlət Duması prezident Putinə müraciət ünvanlayıb. Bu da ilk növbədə Qərbə və Ukrayna rəhbərliyinə bir mesajdır. Rusiya bu məsələdə çox ciddi olduğu mesajını verir.

Almaniya kansleri Olaf Şoltsla görüşdə də Putin Yuqoslaviya nümunəsindən misal çəkdi çəkdi. Cavab olaraq Almaniya kansleri keçmiş Yuqaslaviya ərazisində genosid aktının törədilməsini səbəb gətirərək NATO-nun müdaxiləsinin mümkün olması kimi cavab verdi. Dərhal Putin də Donbassda da “genosid aktı baş verib” kəlməsi ilə kanslerə cavab verdi. Bundan sonra isə “genosid” sözü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın leksikonunda əsas sözə çevrildi. Bu da o deməkdir ki, Rusiya Ukraynaya silahlı müdaxiləyə hazırdır.

Amma nəzərə almaq lazımdır ki, ümumi proseslərdə Rusiya qismən də olsa, öz istəklərinə və məqsədinə nail olub. ABŞ tərəfindən olmasa da, digər NATO üzvləri tərəfindən Ukraynanın NATO-ya qəbul olunmaması artıq səsləndirilib. Digər tərəfdən raket sistemlərinin Şərqi Avropada yerləşdirilməsi məsələsində Qərb konstriktiv addım ataraq Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.

Fərhad Məmmədov: “Rusiya bütün xəbərdarlıqlara baxmayaraq Ukraynaya qarşı müharibə yolunu seçsə, qismən nail olduğu razılaşmalar da aradan qalxacaq”.

İndi Putin üçün sadəcə Ukrayna məsələsi qalıb. Orada da hər şey Qərbdən asılı deyil. Orada Ukraynanın subyektliyi var və Ukraynanın mövqeyi var. Kiyev hazırda Minsk sazişlərini yerinə yetirməkdən boyun qaçırır. Ümumiyyətlə onları tarixin arxivinə yollamaq istəyir. Bu istək heç də bütün Avropa tərəfindən dəstəklənmir.

Rusiya məhz Avropa ölkələrini, ABŞ-ı, yəni Ukraynanın əsas tərfdaşlarını qorxudur ki, onlar Minsk sazişlərini yerinə yetirilməsi ilə bağlı Kiyevə ciddi şəkildə təzyiq etməsələr hücum addımı ata bilər. Lakin Rusiya bu addımı atsa, yəni bütün xəbərdarlıqlara baxmayaraq Ukraynaya qarşı müharibə yolunu seçsə, qismən nail olduğu razılaşmalar da aradan qalxacaq və ümumiyyətlə prosseslərin hansı istiqamətdə inkişaf edəcəyini heç kim hesablaya bilməyəcək. Rusiya bunu da hesablamalıdır.

Düşünürəm ki, bu addım, həm Dövlət Dumasının prezidentə etdiyi müraciət, eyni zamanda da əhalinin çıxarılması məhz təzyiq mexanimzi kimi Rusiyanın hərbi texnikina vasitəsilə müdaxiləsini daha inandırıcı göstərmək üçün həyata keçirilir və hazırkı mərhələdə Donbass əhalisinin Rusiyaya köçürülməsi imitasiya xarakterlidir. Lakin proseslərin inkişaf istiqaməti dəyişərsə, bu imitasiyadan çıxa bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar