Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqına dartır... - Bu ölkəmizin geosiyasi maraqlara nə qədər xidmət edir?..

Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılışıyla Azərbaycan Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində iştirak edəcək...

Siyasi şərhçi: “Əgər qeyri-neft sahəsinin ixracatında Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində üzvlük tövhə verəcəksə, ələbəttə ki, Azərbaycan buna getməlidir”.

“Hazırda iqtisadi məqsədə uyğunluq və daxili işlərə qarışmamaq kriteriyaları əsas iki filtr kimi nəzərdən keçirilir. Daxili işlərə qarışmamaq məsələsi həm Avropa İttifaqı ilə hazırlanan sazişdə, eyni zamanda Avrasiya İqtisadi İttifaqa müşahidəçi qismində daxil olmaq məsələsində müvafiq bənd kimi olması gözlənilir”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasının, ya da müşahidəçi olmasının ölkəmizin geosiyasi maraqlarına nə qədər xidmət etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bazar günü yayılan məlumata əsasən Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun İlham Əliyevlə danışıqlarında regionda nəqliyyat dəhlizlərinin açılmasından başqa Azərbaycanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyası da müzakirə olunur. Məlumata görə ErmənistanAzərbaycan arasında kommunikasiyaların açılışıyla Azərbaycan Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində iştirak edəcək. Elə həmin gün də Rusiya Xarici İşlər nazirliyinin MDB departamentinin direktoru Mixail Yevdakimov bildirib ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqında bütün səviyyələrdə iştirakını alqışlayır.

Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması, ya da müşahidəçi qismində iştirak etməsi ölkəmizin geosiyasi maraqlarına nə qədər xidmət edir və bu inteqrasiyanın dərinləşdirilməsinin hansı müsbət və mənfi tərəfləri var?

Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini PİA.az-ın əməkdaşı siyasi şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Yaxın müddətdə belə bir qərarların verilməsi gözləniləndir. Çünki biz hər hansı gömrük ittifqaları ilə xüsusi sazişlər imzalamasaq, qeyri-neft ixracatında hansısa sıçrayışlara nail ola bilməyəcəyik”.

Cənunda təxminən min kilometr radiusda cənub-qərb, cənub-şərq istiqamətində təxminən 300-350 milyon nəfərlik bazarın olduğunu xatırladan siyasi şərhçi PİA.az-a bildirib ki, bu bazara Azərbaycan daxil olmalı və bu bazarın aktiv oyunçusuna çevrilməlidir:

“Müharibədən öncə Avrasoia İqtisdi İtifaqına qoşulub-qoşulmamaq daha çox geosiyasi anlam daşıyırdı. Çünki hələ 2013-cü ildən öncə iki seçim var idi:

1. Avrasiya İqtisadi İttifaqı

2. Avropa İttifaqı ilə olan Asossasiya sazişi

Azərbaycan buna 3 kriteriya əsasında yanaşırdı:

1. Daxili işlərə qarışmamaq;

2. Dağlıq Qarabağ münaqişəsi;

3. İqtisadi məqsədə uyğunluq.

Müharibədən sonra isə kriteriyalarda müəyyən dərəcədə dəyişiklik olub. Bu dövr ərzində misal üçün Avropa İttifaqından Böyük Britaniya çıxdı və Azərbaycan Böyük Britaniya ilə ayrıca ticarət sazişi bağlayıb. Bu sazişin dərinləşməsi də gündəmdədir. Digər tərəfdən müharibədən sonra Azərbaycan Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin bitdiyini elan edib. Buna görə də kriteriya ortadan qalxıb.

Hazırda iqtisadi məqsədə uyğunluq və daxili işlərə qarışmamaq kriteriyaları əsas iki filtr kimi nəzərdən keçirilir. Daxili işlərə qarışmamaq məsələsi həm Avropa İttifaqı ilə hazırlanan sazişdə, eyni zamanda Avrasiya İqtisadi İttifaqa müşahidəçi qismində daxil olmaq məsələsində müvafiq bənd olması gözlənilir. Yəni bu kriteriyaya uyğun olaraq Azərbaycan öz şərtlərini irəli sürəcək.

Fərhad Məmmədov: “Azərbaycan üçün neft və qazdan asılılığa azaltmaq və iqtisadiyyatı inkişaf etdirmək üçün qeyri-neft sahəsinin ixracda rolunun artırılması çox vacibdir”.

Bildiyimiz kimi Azərbaycanın əsas ixrac potensialı neft və qazdır. Ancaq keçən ildən bu yana qeyri-neft sektorunun ixracı artıb. Azərbaycan üçün neft və qazdan asılılığa azaltmaq və iqtisadiyyatı inkişaf etdirmək üçün qeyri-neft sahəsinin ixracda rolunun artırılması çox vacibdir. Ənənəvi olaraq da Avrasiya İqtisadi İttifaqının üzv ölkələri, ilk növbədə isə Rusiya bu istiqamətdə bir nömrəli tərəfdaşdır.

Biz əlbəttə ki, bu sahənin də şaxələnməsinə nail olmalıyıq. Əgər qeyri-neft sahəsinin ixracatında Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində üzvlük tövhə verəcəksə, ələbəttə ki, Azərbaycan buna getməlidir. Paralel olaraq Avropa İttifaqı ilə də sazişin yenilənməsi, qeyri-neft ixracatı üçün müəyyən pritensiyaların əldə olunması Avropa İttifaqı istiqamətində qeyri-neft sektorunun artırılmasına gətirib çıxaran amillərdəndir.

Üçüncü istiqamət cənub istiqamətidir. Çünki cənunda təxminən min kilometr radiusda cənub-qərb, cənub-şərq istiqamətində təxminən 300-350 milyon nəfərlik bazar var. Bu bazara Azərbaycan daxil olmalıdır və bu bazarın aktiv oyunçusuna çevrilməlidir.

Bu konteksdən baxanda yaxın müddətdə belə bir qərarların verilməsi gözləniləndir. Çünki biz hər hansı gömrük ittifqaları ilə xüsusi sazişlər imzalamasaq  qeyri-neft ixracatında hansısa sıçrayışlara nail ola bilməyəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Məzahir Pənahov: "İndiyə qədər yazılanlar bizi maraqlandırmır"

Ən çox oxunanalar