Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ sədri Türkmənistan səfiri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb.

QMİ-dən PİA.az-a verilən xəbərə görə, qəbulda Türkmənistanla Azərbaycan arasında siyasi, iqtisadi sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsinin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb.

A. Paşazadə qeyd edib ki, bu birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur. Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi iştirak edən Türkmənistanın türk dünyasında önəmli rolunu qeyd edən Şeyxülislam A. Paşazadə qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması, türk-İslam irsinin, milli ənənələrin qorunub inkişaf etdirilməsi üçün əhəmiyyət kəsb edən belə bir formatın yaradılmasının zamanın tələbi olduğunu və Türkmənistan müftisinin ümumi səylərə öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu bildirib.

Türkmənistanlı səfir M. İşanquliyev Şeyxülislam A. Paşazadənin Türkmənistana 2014-cü ildə etdiyi səfəri xatırladıb və ölkəsində Qafqazın dini liderinin müdrikliyinin, İslami həmrəylik və birlik üçün göstərdiyi fəaliyyətlərin yüksək dəyərləndirildiyini və Türkmənistanın dövlət başçısının Şeyxülislamın şəxsiyyətinə ehtiramlı münasibətini ifadə edib. Qardaş ölkənin səfiri Şeyxülislama Türkmənistan tarixi, coğrafiyasını əks etdirən kitablar hədiyyə edib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar