Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər yenə Qarabağda səngər qazırlar - Sülhməramlılar isə onları qoruyur...

Sülhməramlılar Qarabağda qanunsuz silahlı birləşməyə səngər qazmaq üçün yardımçı olurlar və onları qoruyurlar. Azərbaycan artıq konkret addımlar atmalı deyilmi?..

Politoloq: “Artıq Azərbaycan da qərarını verməlidir. Nə qədər ki, Qarabağda seperatçılar tərkisilah olmayıblar bu təhlükələr hər zaman qalacaq”.

“Bu təxribatların arxasında birbaşa Rusiya dayanır. Rusiya sülhməramlıları istəsə bütün erməni təxribatlarının qarşısını alardı”.

Bu sözləri politoloq Elxan Şahinoğlu sülhməramlıların qanunsuz silahlı birləşməyə səngər qazmaq üçün yardımçı olmalarını PİA.az-a şərh edərkən qeyd edib.

Qarabağdakı ermənilər bir tərəfdən Ağdam istiqamətində sülhməramlıların gözlətmələri altında səngər qazırlar, digər tərəfdən isə Tərtər istiqamətində yaşayış məntəqələrini və ordu hissələrimizi atəşə tuturlar.

Qeyd edək ki, ötən həftənin şənbə günü sosial şəbəkələrdə Ağdam rayonunun Aranzəmin kəndi yaxınlığınfa erməni quldur birləşmələrinin sülhməramlıların qoruması altında səngər qazmaları ilə bağlı görüntülər paylaşılıb. Görüntülərdən də görünür ki, erməni quldurları xüsusi texnika ilə səngər qazırlar. Sözsüz ermənilər həmin səngərlərdə öz qulurlarını yerləşdirəcək və elə həmin səngərlərdən də bizim hərbi hissərimiz atəşə tutulacaq.

Sülhməramlıların nəzarəti altında olan ərazilərlə Azərbaycan ordusunun təmas xəttində sülhməramlıların nəzarəti altında qanunsuz silahlı birləşmələrin yenidən mühəndis istehkamları inşa etmələri təbii olaraq çox saylı suallar yaradır. Sülhməramlılar gücləndirilmiş müdafiə zolağına çevrilən yeni təmas xətti yaratmaqla nəyə nail olmağa çalışırlar və bu, Qarabağda santexniklikdən tutmuş feldşerliyə qədər bir çox onlara aid olmayan işlərlə məşğul olna sülhməramlıların missiyasına və mandatına aiddirmi? Sülhməramlıların qanunsuz silahlı birləşməyə səngər qazmaq üçün yardımçı olmalarını və onları qorumalarını necə dəyərləndirmək olar? Azərbaycan bu kimi məsələlərdə konkret addımlar atmalı deyilmi?

Sülhməramləların növbəti özbaşınalığını və Qarabağdakı quldur birləşmələrinin son zamanlar kifayət qədər aktivləşməsini PİA.az-ın əməkdaşı politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Azərbaycan ultimatum verməlidir. Ultimatumda da onlara tərkisilahla bağlı bir neçə ay, təxminən 3-lə 6 ay arasında vaxt veriməlidir”.

Bütün bu təxribatların arxasında Rusiyanın bəzi hərbi-siyasi güclərin dayandığını vurğulayan politoloq PİA.az-a bildirib ki, törədilən bu təxribatların hamısı Azərbaycana qarşı təzyiqdir:

“Bu təxribatların arxasında birbaşa Rusiya dayanır. Rusiya sülhməramlıları istəsə bütün erməni təxribatlarının qarşısını alardı. Sülhməramlılar erməni təxribatlarının qarşısını almırsa, demək ki, onlar da bu təxribatların olmasını istəyirlər və buna da şərait yaradırlar. Kəlbəcərə gedən maşınların da seperatçılarla birgə yoxlanılması da təxribatdır.

Bütün bu təxribatların arxasında Rusiyadan olan bəzi hərbi-siyasi güclər dayanır. Törədilən təxribatların hamısı Azərbaycana təzyiqdir.

Artıq Azərbaycan da qərarını verməlidir. Nə qədər ki, Qarabağda seperatçılar tərkisilah olmayıblar bu təhlükələr hər zaman qalacaq. Buna görə də Azərbaycan ultimatum verməlidir. Azərbaycan ultimatum verməlidir. Ultimatumda da onlara tərkisilahla bağlı bir neçə ay, təxminən 3-6 ay arasında vaxt veriməlidir.

Azərbaycan Rusiyaya da bildirməlidir ki, onlar tərkisilah edilməsə, özümüz öz işimizi görəcəyik. Yəni bir neçə ay əvvəldən Rusiya sülhməramlılarına bildirilməlidir ki, əgər verilən vaxt ərzində onlar könüllü tərksilah olunmayacaqlarsa, onda Azərbaycanın güc strukturları antiterror əməliyyatları keçirərək terrorçuları tərksilah edərək həbs edəcək və sülhməramlıların nəzarəti altında olan ərazilərdə Azərbaycanın konstitutsiya hakimiyyəti bərpa ediləcək. Əks halda, çox təəssüf ki, bu cür təxribatların sayı artacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar