Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət haqqında qanuna ehtiyac varmı? - Partiyalardan reaksiya

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbul olunmasını təklif edib. Bununla bağlı deputat Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edərək bildirib ki, qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək.

Maraqlıdır, digər müxalifət partiyaları da belə bir qanunun qəbulunu dəstəkləyirmi? Müxalifət funksionerləri “Müxalifət haqqında” qanun layihəsində hansı məqamların xüsusi qeyd edilməsini istəyir?

Müsavat Partiyasının sədri Arif Hacılı Modern.az-a açıqlamasında sözügedən qanunun aktual olmadığını söyləyib:

“Dövlətin bütün sahələri qanunla idarə olunmalıdır. Bu baxımdan qanunvericilik təşəbbüsünə müsbət yanaşmaq olar. Lakin qanunlar bir qayda olaraq, demokratik institutların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlir. Ona görə də, Azərbaycan üçün müxalifət haqqında qanunun xüsusi aktuallıq kəsb etdiyini düşünmürəm”.

AĞ Partiya sədri Tural Abbaslı “Müxalifət haqqında” qanunun qəbul edilməsinin tərəfdarıdır:

“Çünki bu fəaliyyəti tənzimləyən heç bir normativ sənəd, qanun yoxdur. Bu məsələ müxalifəti bir növ qanundan kənar saxlayır. Yəni Azərbaycanda iqtidar anlayışı var, hüquq baxımından, amma müxalifət anlayışı yoxdur. Buna görə müxalifət haqqında qanunun tərəfdarıyam. Çünki müxalifətin dövlətin siyasi həyatında rolunu təsbit edəcək, kriteriyalarını, hüquq və vəzifələrini müəyyənləşdirəcək qanun olmalıdır. Bu məsələdə illərdir boşluq var. Təxminən 2005-2010-cu illərdə müxalifət partiyaları tərəfindən belə bir qanun layihəsinin qəbulu irəli sürülmüşdü, amma təəssüf ki, o zaman plenar iclasa tövsiyə olunmamışdı.

Bir çox nüanslar var ki, qanunda əksini tapmalıdır. Bunu təklif edənlərin layihələri ictimai müzakirəyə çıxarılsa, daha faydalı olar. Çünki konkret sənəd üzərində, maddələr üzərində danışmaq daha rahat olar. Ümumən müxalifət haqqında qanun qəbul olunmalı, bu fəaliyyət növü qanunla tənzimlənməlidir”.

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova hesab edir ki, belə bir qanuna ehtiyac var və partiya qanunun qəbulunu dəstəkləyir:

“Müxalifət haqqında qanun qəbul edilsə, saxta, qondarma cinayət işi ilə bağlı partiya sədrləri həbsə atılmaz. Bütün dövlət tədbirlərində müxalifətin iştirakı təmin edilməlidir. Bununla bərabər, hesab edirəm ki, siyasi partiyalar haqqında qanun layihəsinin qəbul edilməsi labüddür”.

Respublikaçı Alternativ (ReAl) Partiyasının icra katibi Natiq Cəfərli isə qeyd edib ki, müxalifətçilik qanunla tənzimlənmir:

“Proses ölkə qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərən siyasi təşkilatlara, seçkilərdə iştiraka, seçki prosesində platformaların yarışına və bu kimi məsələlərə bağlıdır. Bu tipli qanun layihəsi dünya ölkələrindən tək Britaniyada var. Amma orada ikipalatalı sistemdir və əsasən iki partiya olur. Orada müxalifətçilik qanunla yox, ənənələrlə tənzimlənir. Müxalifətdə olan siyasi partiya özünün kölgə kabinetini açıqlayır. Hökumət nazirlərini kölgə kabinetində elan edir. Kölgə kabinetində iqtidar və müxalifətin nümayəndələri müzakirə aparır. Fikir müxtəlifliyi orada yaranır. Bu kimi ənənələr olsa da, Azərbaycanda prosesin qanunla tənzimlənməsi zamanı nəzərdə tutulan məsələni anlamıram.

Siyasi partiyalar və seçkilər haqqında qanunda pozitiv dəyişikliklər olsa, məncə, bu kifayətdir. Həmin məqamlar çərçivəsində müxalifətçilik fəaliyyəti davam edə bilər”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami düşünür ki, müxalifətlə bağlı qanunun olması məhdudiyyət deməkdir:

"Məncə, müxalifətin, siyasi partiyaların fəaliyyətini qiymətləndirən, onun haqqını verən, onu meydandan uzaqlaşdıran da seçkilər olmalıdır, daha hansısa qanunla fəaliyyətinə məhdudiyyət qoyaraq deyil”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu da müxalifətçiliyi qanunla çərçivələndirməyi düzgün hesab etmir:

“Seçkidə ən çox səs toplayan partiya hakimiyyətə gəlir. Digər partiyalar isə müxalifətdə qalır və siyasi mübarizəsini davam etdirir. Müxaliflik konkret vəzifə deyil ki, qanunla tənzimləyək. Hər partiyanın nizamnaməsi, fəaliyyət istiqaməti var. Heç bir siyasi qurum nizamnaməsində “müxalifətçilik” öhdəliyini götürmür. Belə bir qanun qəbul olunarsa, yaranmış partiya fəaliyyətini necə tənzimləyəcək? Əvvəlcədən bəyan edəcək ki, müxalifət partiyası kimi fəaliyyətə başlayır? Deməli, başqa cür fəaliyyət göstərsə, partiyanın qeydiyyatını ləğv edəcəklər, yaxud məhdudiyyətlər qoyacaqlar. Bu, sadəcə siyasi fəaliyyətin deyil, ümumən insan haqlarının pozulması anlamına gəlir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar