Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimlərin maaşları arasında 10 minə yaxın fərq nədən yaranır? - Açıqlama

“Eyni ixtisas arasında əməkhaqqı çox böyük rəqəmlərlə dəyişə bilir. Təxminən 7 min 10 min civarında fərqlər mümkündür”.

Bu sözləri Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O bildirib ki, 500-600 manat alan, 12 min manat əməkhaqqı alan həkimlərimiz də var:

“İcbari Tibbi Sığorta tərtib edildiyindən bu sistemdə əməkhaqqılarının ödənilməsi qaydası 3 hissədən ibarətdir. Birinci hissə vahid tarif cədvəli üzrə olan maaş, ikinci hissə icbari tibbi sığortanın stabil əlavələri və göstərdikləri xidmətə görə əldə edilən bonuslar. Bəzi həkimlərimiz var ki, onlar stabil əlavələr alırlar. Bonuslar birbaşa həkimlərin fəaliyyəti ilə bağlıdır”.

K.Ələkbərov həkimlərin maaşları arasındakı fərqin yaranma səbəblərinə də toxunub:

“Həkimlərin aylıq göstərdiyi xidmətlər də, aylıq əməliyyatların sayları da müxtəlif olur. Cərrah var ay ərzində 60 əməliyyat edir, cərrah var ayda 30 əməliyyat edir, cərrah da var ayda cəmi bir əməliyyat icra edir. Eyni zamanda xidmət sahəsində baxdıqları xəstələrin sayı 5-10 nəfərdən, 500-ə qədər dəyişə bilir. Bu da xəstələrin daha çox hansı həkimə müraciət etməsindən asılıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar