Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM: "Abituriyentlər kimya fənni üzrə bəzi imtahan suallarına cavab verməkdə çətinlik çəkib"

Abituriyentlər kimya fənni üzrə bəzi imtahan suallarına cavab verməkdə çətinlik çəkib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində keçirilən ingilis dili, Azərbaycan dili və kimya fənləri üzrə işçi qruplarının iclaslarında bildirilib.

İngilis dili və Azərbaycan dili fənləri üzrə işçi qruplarının iclasında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub. Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının uyğunluğuna diqqət yetirilib.

Kimya fənni üzrə işçi qrupun iclasında isə gündəlik məsələ 2021-ci ildə keçirilmiş IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. Bildirilmiş qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

İşçi qruplarının növbəti iclasları 17-18 yanvarda olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Məzahir Pənahov: "İndiyə qədər yazılanlar bizi maraqlandırmır"

Ən çox oxunanalar