Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Qazaxıstana ordu yeritdi... - Bəs sonrası necə olacaq?..

Kreml hansı səbəbdən təcili qaydada Qazaxıstanın daxili işlərinə qarışmaq üçün ehtiyac duydu və Putinin verdiyi bu qərar zərurət idimi?..

Siyasi şərhçi: “Bədnam üçtərəfli bəyanatın mürəkkəbi qurumamış artıq rus qoşunları Xankəndində idi və ola bilsin ki, əgər üçtərəfli bəyanat imzalanmasaydı, KTMT adı altında həmin ordu bütün hallarda Azərbaycan ərazilərinə girəcəkdi”.

Rusiya texnoloji baxımdan geri qalır, iqtisadi baxımdan heç də güclənə bilmir, yəni müasir dövrün iqtisadiyyatı ilə ayaqlaşa bilmir. Buna görə də Rusiya məcburdur ətrafında olan bütün zəif ölklələri öz təsir dairəsinə götürsün və onlardan bir-bir bufer zona kimi istifadə etsin. Eyni zamanda da onların təbii sərvətlərinin dünya bazarına çıxarılmasına nəzarət etsin. Bu mənada Qazaxəstan Rusiya üçün son dərəcə önəmli ölkə idi. Təəssüf ki, bu baş verdi”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu KTMT vasitəsi ilə Kremlin Qazaxıstana ordu yeritməsinin Rusiyanın və ümumilikdə MDB-nin gələcəyinə təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Belarusda və daha əvvəl Ukraynada olan inqilabi hadisələrdən fərqli olaraq Putin Qazaxıstanda baş verənlərə operativ reaksiya verdi.

Ötən əsrin 80-ci illərindən sonra Rusiya başqa bir ölkədə iğtişaşları yatırmaq üçün ilk dəfədir ki, tanklarını həmin ölkəyə yeridir.

Qeyd edək ki, SSRİ zamanında sosialist ölkələrin hərbi bloku olan “Varşava Müqaviləsi” Təşkilatı çərçivəsində Çexoslavakiyada və Polşada xalq üsyanlarını yatırtmaq üçün Kreml rus tanklarını Praqa və Varşavaya yeritmişdi və tökülən qanlar hesabına Şərqi Avropadakı sosialist düşərgənin ömrünü bir müddət uzatmağa nail olmuşdu. Əslində Çexoslavakiyada və Polşada baş verən xalq üsyanları sosialist düşərgənin iflası idi və bu iflas 1988-91-ci illərdə tamamilə reallaşdı.

Yanvarın 5-də axşam saatlarında Putin də Qazaxıstanda baş verən xalq üsyanından doğan iğtişaşlardan yararlanaraq tez-tələsik Qazaxıstana ordu yeritmək haqqında qərar qəbul etdi. Ordunun Almatıya yeridilməsi təbii ki, Qazaxıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hüquqi bazası əsasında baş verdi. Lakin hər nə qədər Tokayevin KTMT-yə müraciəti hüquqi əsas olaraq göstərilsə də, nə Qazaxıstan prezidenti, nə də Kreml KTMT hərbi birləşmələrinin Qazaxıstana yeridilməsi üçün hər hansı sübut təqdim etmədilər. Ən əsası isə Qazaxıstana xaricdən birbaşa hərbi təcavüz olmadığına görə irəli sürüləcək sübutların da əsası olmayacağı da bəllidir. Bu üzdən də hüquqi baxımdan bu gün Qazaxıstana hərbi təcavüz məhz KTMT tərəfindən baş verir. Çünki bütün beynəlxalq prinsiplərə görə Qazaxıstanda baş verənlər bu ölkənin daxili işidir və baş verənlər bütün hallarda Kremlin birbaşa Qazaxıstanın daxili işlərinə qarışması demək olur.

Bəs Putinin hansı səbəbdən təcili qaydada Qazaxıstanın daxili işlərinə qarışmaq üçün ehtiyac duydi və Kremlin verdiyi bu qərar zərurət idimi? KTMT vasitəsi ilə Kremlin Qazaxıstana ordu yeritməsi Rusiyanın və ümumilikdə MDB-nin gələcəyinə necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiyanın strategiyası yox, taktikası dəyişib. Rusiya məsələləri isti-isti yerində çözməyə çalışır. Çünki zaman onun əleyhinə işləyir. Rusiya geosiyasi mübarizəni uduzur və düşünür ki, indi ən yaxşı yol surətli, qəti addımlar atmaqdır”.

MDB ölkələrinin bir çoxu Rusiya ilə əməkdaşlıqla yanaşı, başqa ölkələri də alternativ kimi gördüklərini, əməkdaşlıq qurduqlarını vurğulayan siyasi şərhçi PİA.az-a açılamasında qeyd edib ki, Qazaxıstan bu məsələlərdə bir qədər daha irəli getmişdi. Oruclunun fikrincə Qazaxıstanda çox surətlə milliləşmə gedirdi və bu da Orta Asiyada Moskvanı narahat edən əsas geosiyasi faktor idi:

“Mən Qazaxıstanda baş verənləri Ukrayna və Belarusda baş verənlərlə müqayisə etmək istəmirəm. Çünki bu hadisələr daha əvvəl olub. Amma 2020-ci ilin sonunda biz görürük ki, Rusiya çox operativ şəkildə Qarabağa qoşunlarını yeritdi. Yəni üçtərəli bəyanat imzalanan kimi gecəylə sərhədə toplanmış böyük bir hərbi güc Qarabağa yeridildi. Bədnam üçtərəfli bəyanatın mürəkkəbi qurumamış artıq rus qoşunları Xankəndində idi və ola bilsin ki, əgər üçtərəfli bəyanat imzalanmasaydı, KTMT adı altında həmin ordu bütün hallarda Azərbaycan ərazilərinə girəcəkdi. Bu da onu göstərdi ki, Rusiyanın strategiyası yox, taktikası dəyişib. Rusiya məsələləri isti-isti yerində çözməyə çalışır. Çünki zaman onun əleyhinə işləyir. Rusiya geosiyasi mübarizəni uduzur və düşünür ki, indi ən yaxşı yol surətli, qəti addımlar atmaqdır.

Qeyd etdiyim kimi Rusiya geosiyasi mübarizəni uduzur, həmçimin Rusiya texnoloji baxımdan geri qalır, iqtisadi baxımdan heç də güclənə bilmir, yəni müasir dövrün iqtisadiyyatı ilə ayaqlaşa bilmir. Buna görə də Rusiya məcburdur ətrafında olan bütün zəif ölklələri öz təsir dairəsinə götürsün və onlardan bir-bir bufer zona kimi istifadə etsin. Eyni zamanda da onların təbii sərvətlərinin dünya bazarına çıxarılmasına nəzarət etsin. Bu mənada Qazaxəstan Rusiya üçün son dərəcə önəmli ölkə idi. Təəssüf ki, bu baş verdi.

Ərəstun Oruclu: “Digər ölkələrə qarşı da, onları öz təsir dairəsinə qaytarmaq üçün Rusiya ən müxtəlif səpkidə, formada oxşar əməliyyatlar həyata keçirəcək”.

Qərarın Rusiyaya və MDB-nin gələcəyinə təsiri məsələsi ilə bağlı onu deyə bilərəm ki, bu təhdiddir. Bunun həm də bu şəkildə icra olunması digər MDB ölkələri üçün təhdiddir. Çünki MDB ölkələrinin bir çoxu Rusiya ilə əməkdaşlıqla yanaşı, başqa ölkələri də alternativ kimi görürlər, əməkdaşlıq qururlar. Qazaxıstan bu məsələlərdə bir qədər daha irəli getmişdi. Qazaxıstanda çox surətlə milliləşmə gedirdi və bu da Orta Asiyada Moskvanı narahat edən əsas geosiyasi faktor idi. Bu qorxu demək olar ki, instinktiv olaraq Kremldə MDB üzrə ən yaxın müttəfiqlərinə qarşı ikili yanaşma hissiyyat yaratdı.

Birincisi odur ki, bu ölkələr qorxuya düşdü və bundan sonra Rusiya qarşısında özünü daha aciz hiss edəcəklər. Bu qaçılmazdır. Rusiya artıq bir neçə nümunədə göstərdi ki, o öz aqressiv siyasətindən imtina etmək fikrində deyil. Nəzərə alsaq ki, Mərkəzi Asiyada bu hələ prosesin başlanğıcıdır. Digər ölkələrə qarşı da Rusiya onları öz təsir dairəsinə qaytarmaq üçün ən müxtəlif səpkidə, formada oxşar əməliyyatlar həyata keçirəcək. Digər tərəfdən isə bu həmin ölkələrdə ehtiyyatlılğı artırdı. Həmin ölkələrdəki siyasi hakimiyyətlər indi daha çox alternativlər axtarmağa başlayacaq. Təbii ki, onlar bunu açıq şəkildə etməyəcək.

Ərəstun Oruclu: “Rusiyanın 30 illik tərəfdaşı Nazarbayevlə bu cür davranışı ona qarşı ehtiyyatlılıq, ikrah və xof yaradır. Təbii ki, son nəticədə bu mütəffiqlərinin Rusiyadan uzaqlaşmasına səbəb olacaq”.

Düşünürəm ki, bunun MDB heç bir təsiri olmayacaq. Çünki onsuz da MDB yox kimi bir qurumdur. MDB Rusiya və siyasi baxımdan Rusiyadan asılı olan bir neçə ölkədir. Bu ölkələr də hər bir halda Rusiyanın siyasi, hərbi, kəşfiyyat təhdidlərindən ciddi şəkildə çəkinirlər. Həmin ölkələr öz iqtisadiyyatlarını, öz idarəetmə sistemlərini də Rusiyaya uyğunlaşdırırlar. Rusiyanın kadrlarını öz dövlət hakimiyyət orqanlarında yerləşdirilər ki, bununla özlərinə təminat alsınlar.

Amma Rusiyanın 30 illik tərəfdaşı Nazarbayevlə bu cür davranışı ona qarşı ehtiyyatlılıq, ikrah və xof yaradır. Təbii ki, son nəticədə bu mütəffiqlərinin Rusiyadan uzaqlaşmasına səbəb olacaq.

Rusiya hələ ki, bu siyasətini davam etdirəcək. Onun haraya qədər gedəcəyini söyləmək çətindir. Bu daha çox Rusiyanın daxilindəki sosial-iqtisadi vəziyyətdən və hakimiyyətin daxilində hakimiyyət uğrunda gedən mübarizədən asılı olacaq.

Rusiyada hakimiyyət uğrunda mübarizə gedir. Hətta bu mübarizə zaman-zaman mediaya da çıxır. Bu gedişlə Rusiyanın özündə də müəyyən böhran yaranacaq. Mən əminəm ki, bu olacaq. Amma bunun yaxın 1-2 ildə olacağı çox da inandırıcı görünmür. Bu artıq gələcək perespektivdir.

Hər bir halda Rusiya siyasəti radikallaşır. Rusiya qonşularına qarşı aqressivliyini artırır. Təbii ki, bu onun daxili vəziyyətinə də təsirsiz ötüşməyəcək. Bunu da zaman göstərəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Ən çox oxunanalar