Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minimum pensiyanın artırılması 65 min şəxsi əhatə edəcək

Ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edəcək. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılacaq. Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq.

Ümumilikdə, sosial ödənişlərdə ardıcıl xarakter alan ciddi artım dinamikası pensiya təminatında da aydın şəkildə özünü göstərir.

Son 3 ildə reallaşdırılan sosial islahatların nəticələrindən biri kimi, ölkəmizdə minimum pensiya 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatdırılıb.

2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edək ki, gələn il minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu 36,4% üstələyəcək.

Minimum pensiya kimi, orta aylıq pensiya da mütəmadi artmaqda davam edir. Son üç ildə orta aylıq pensiya 60% artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Ən çox oxunanalar