Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 dekabr dünya çay günüdür - Dəmi qaynadanda nə baş verir?

15 dekabr Beynəlxalq çay günü 2005-ci ildən Hindistanın Mumbay şəhərində elan edilib.

Bu gün çay istehsalı və çay bitkisinin əkilməsində, çayçılıqda problemləri qabartmaq və çay ənənələrini qorumaq üçün qeyd edilir.

Dünyanın bir çox ölkələrində bu gün çay yarmarkaları, çay bayramı keçirilir. İnsanlar gündəlik ən çox istifadə etdiyi içkini fərqli tərəflərdən kəşf edir.

PİA.az çay günü ilə bağlı çayın faydaları, düzgün dəmlənməsi ilə bağlı maraqlı faktları təqdim edir.

Mütəxəssislər çayın səhv dəmlənməsinin insan orqanizmi üçün zərərli olduğunu açıqlayıblar.

Xalq arasında deyilən "Çayı qaynatmazlar" sözü öz təsdiqini tapıb. Belə ki, qaynar su töküldükdən sonra qazın üstünə qoyulan və qaynadılan çay "xərçəng" riskini çoxaldır.

Araşdırmaçılar normal dəmlənmiş çaydan olduqca fərqlənən qaynadılmış çayı içməməyi tövsiyə edirlər.

Bəs siz paket çayların az qala ölüm mənbəyi olduğunu bilirdinizmi?

Bu çayların tərkibində çoxlu sayda zərərli maddələr var. Həm kağız paketlər, həm də neylon piramidalar şəklində hazırlanan belə çaylar çox ziyanlıdır.

Bu çayların hazırlanması üçün köhnə yarpaqlardan istifadə edilir ki, onların da tərkibində böyrəklərə zərər verən ftoridlərin miqdarı çoxdur.

Amma daha qorxulu fakt odur ki, paket çaylar kanserogen (xərçəng xəstəliyi törədən) qida məhsullarının siyahısındadır. Üstəlik, çayın bu növünə aludə olmaq təkcə xərçəng xəstəliyinə deyil, həmçinin sonsuzluğa da səbəb olur.

Paket çayların tərkibində xlor da daxil olmaqla, çoxlu təhlükəli birləşmələr var. Bu çayın tərkibində yer alan zəhərli maddələr təkcə həzm sistemini deyil, həmçinin sümük sistemini də dağıdır. Tədqiqatçıların bildirdiyinə görə, belə çaylar üçün paketləri xlorla ağardırlar. Çay hazırlayarkən həmin xlor qaynar suda həll olur və çayı içərkən orqanizmə daxil olur. Paketlər həmçinin epixlorohidrin maddəsi ilə də zəngindir ki, bu da sonsuzluq və xərçəng xəstəliyinin yaranması səbəblərindən biridir. (medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar