Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə cəmləşmə davam edir, yenə yüzlərlə hərbi texnika getdi...

Prezidentlər Vladimir Putinlə Cozef Bayden arasında ötən həftə baş tutmuş danışıqlara baxmayaraq Rusiya Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməkdə davam edir. Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə Rusiyanın Sverdlovsk vilayətində çəkilmiş və çoxsaylı zirehli texnika yüklənmiş dəmir yol eşelonlarının görüntüləri yayılıb. BuzzFeedNews saytının jurnalisti Kristofer Miller bu görüntüləri şərh edərək bildirir ki, ABŞRusiya prezidentləri arasında danışıqlar Kremlin Ukraynaya hərbi müdaxilə planlarını dəyişdirməyiib və qoşunların sərhədə cəmləşdirilməsi davam etdirilir. “Rusiya zirehli texnikası Ukrayna sərhədlərinin qərb istiqamətlərinə cəmləşdirilməkdə davam edir”, - amerikalı jurnalist bildirir.

Bu arada ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı ölkəsinin planını ilk dəfə açıqlayıb. Amerika lideri bildirib ki, Vaşinqton Şərqi Avropadakı NATO üzvlərinin-Bolqarıstanın, Macarıstanın, Latviya, Litva və Polşanın, o cümlədən Rumıniya, Slovakiya, Çexiya və Estoniyanın ərazilərinə əlavə hərbi qüvvələr göndərəcək. Bayden vurğulayıb ki, ABŞ rəhbərliyinin Ukrayna ərazilərinə hərbi qüvvələr göndərmək planı heç vaxt olmayıb.

“Biz şərq cinahına-B9 istiqamətinə daha çox Amerika və NATO qoşunları göndərməli olacağıq. Bütün bu NATO ölkələrini Rusiyanın istənilən hərbi müdaxiləsindən müdafiə etmək bizim müqəddəs öhdəliklərimizdir”, - Bayden deyib.

Bir gün əvvəl Liverpulda G7 ölkələrinin xarici işlər nazirləri də toplanıb və orada Rusiyanın gözlənilən təcavüzünə qarşı vahid mövqedən çıxış etmək qərarlaşdırılıb. O cümlədən ABŞ dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Annalena Berbokla ikitərəfli danışıqlarının yekunlarına əsasən bildirib ki, tərəflər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək məsələsində yekdil mövqedədir. Və Kremlin Ukraynaya qarşı aqressiv hərəkətlərinə cavab olaraq “qətiyyətli cavab” verilməsinin zəruriliyini vurğulayıblar.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi 175 minlik qruplaşma ilə yanvarın sonlarında, fevralın əvvəllərində hücuma keçməyi planlaşdırdığını bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar