Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda doğulmuş afrikalı milyarderin ABŞ-a girişi qadağan edildi

ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda anadan olmuş qızı İzabel duş Santuşa qarşı məhdudiyyətlər tətbiq edib.

Belə ki, onun ABŞ-a girişinə qadağa qoyulub.

Vaxtilə “Forbes” jurnalının Afrikanın ən zəngin adamları siyahısında yer alan xanım dövlət vəsaitlərini şəxsi məqsədlər üçün mənimsəməkdə ittiham edilib.

Qeyd edək ki, İzabel duş Santuş 1979-2017-ci illərdə Anqolanın prezidenti olmuş Xose Eduardo duş Santuşun qızıdır. O, 1973-cü ildə atasının təhsili ilə əlaqədar Bakıda anadan olub. Xanım, həmçinin Rusiya vətəndaşlığına da sahibdir.

2013-cü ildə “Forbes” İzabeli Afrikanın ən varlı qadını adlandırıb və onun sərvətini 3,5 milyard dollar dəyərində qiymətləndirib. Nəşrin məlumatına görə, 2020-ci ilin ortalarında bu məbləğ 1,4 milyard dollaradək azalıb. 2021-ci ilin yanvarında jurnal onu siyahısından çıxarıb. Bu, duş Santuşun 2019 və 2020-ci illərdə Anqola və Portuqaliyadakı aktivlərinin ona qarşı açılan cinayət işlərinin bir hissəsi olaraq dondurulması səbəbindən baş verib.(rbc.ru)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar