Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb İranı gücləndirməyə, Türkiyəni zəiflətməyə çalışır - Bəs Türkiyə iqtisadiyyatının sonu necə olacaq?..

Qərblilərin əsl hədəfi və əsl düşməni İran deyil, Türkiyədir. Çünki türklər minilliklər boyu İslam dünyasının taleyini formalaşdırıblar...

Yusuf Kaplan
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 noyabr 2021-ci il

Prezident Ərdoğan faizləri yüksək saxlamaq üçün mübarizə aparan faiz lobbisini tənqid etdikdə faiz lobbisi də əks hücuma keçdi və valyutada partlayış effekti yaratdı: Amerika dolları birdən-birə 13,50 TL-yə yüksəldi.

Türkiyəni qlobal sistemin böyük qardaşlarının, faiz lobbisinin sahibinin qarşısında diz çökdürməyə çalışırlar.

Söhbət təkcə faizdən getmir. Söhbət Türkiyənin iqtisadi müstəqilliyindən və bu səbəbdən regional iqtisadi blok yaratmaq proqramından gedir. Son 25 ildə, hətta deyə bilərik ki, 30 ildir bölgəni qan gölünə çevirib, xəritələri yenidən cızdılar. BOP-u addım-addım həyata keçirirlər. Ərəb dünyasını pis hala saldılar. Çünki İslam dünyasını boğmaq istəyirlər.

BOP-da göstərilən hər yeri tutdular, hər lideri devirdilər, hər ölkəni yıxdılar. Yalnız İrandan başqa. İrana toxunmayıblar və toxunmayacaqlar da.

Siz Qərb imperialistlərinin ritorikasına fikir verməyin. İran qərblilərin ən böyük gizli müttəfiqidir. İranı hədəf kimi göstərmək İrana yol açacaq bir strategiyanın məhsuludur. Məqsəd İranı qurban və məzlum kimi göstərməklə İranın reaksiya verməsini istəyirlər və beləliklə də, İranın guya müsəlmanların ləyaqətini təmsil etdiyi təsəvvürünü yaradırlar.

İranla sövdələşmə oyunu aparılır.

Qərblilər heç vaxt İrana zərər verməzdilər. Versələr, özlərinə daha çox ziyan vurmuş olarlar. İsraildən sonra İran da səudiyyəlilər kimi İslam dünyasının ürəyindəki tikandır.

Qərblilər guya İranı hədəfə almaqla əslində, İrana yol açır və onu qurbana çevirməklə İslam dünyası üçün İranın təmsil etdiyi bir obraz yaratmağa çalışır və zamanla da bu obrazı reallığa çevirirlər.

Onurğa sütununun çatlaması

Sünnilər İslam dünyasının onurğa sütunudur. Bu, sünnilərin ağır zərbə alması, zəifləməsi, şiəliyin güclənməsi, İslam dünyasının heç vaxt ayağa qalxa bilməməsi ilə nəticələnəcək.

Qərblilərin əsl hədəfi və əsl düşməni İran deyil, Türkiyədir. Çünki türklər minilliklər boyu İslam dünyasının taleyini formalaşdırıblar. İslam dünyasını dayandırmağın yeganə yolu və İslam dünyasının ayağa qalxmasının qarşısını almağın yeganə şərti bunu qeyri-mümkün etmək və ya ən azından Türkiyənin İslam trayektoriyası ətrafında yenidən cəmlənməsini çətinləşdirməkdir.

Türkiyənin dirçəlməsi və bərpası üçün bir neçə şərt var. İlk növbədə Türkiyənin birliyini, sülhünü, qardaşlığını qorumaq Türkiyənin ayağa qalxmasını asanlaşdıracaq.

İkincisi, Türkiyənin, xüsusilə müdafiə sənayesindəki maddi artımı ölkəyə qarşı işğal və hücum cəhdlərini dəf edəcək.

Üçüncüsü, Türkiyənin mənəvi güclənməsi ona dünyaya güclü və köklü sivilizasiya ideyasını təqdim etməyə imkan verəcək.

20 illik AKP hakimiyyəti dövründə Türkiyə öz idarəçiliyini iqtisadiyyatda və siyasətdə müstəqilləşdirməyə nail oldu və Türkiyəni ölkələrə qan udduran qlobal maliyyə təşkilatı BVF-dən asılı iqtisadiyyat olmaqdan xilas etdi.

O, həm də xarici siyasətini yalnız Qərbdən asılı olmaqdan da xilas etdi və çoxşaxəli xarici siyasət yürütməyə başladı.

Gələcək uğrunda mübarizə

15 İyul çevriliş cəhdindən sonra keçirilən hər bir hərbi əməliyyat uğurlu oldu. Əvvəl olduğu kimi daxildəki satqınlar düşmənlərimizə kəşfiyyat və hərbi məlumatları sızdırdıqları üçün əməliyyat fiasko ilə nəticələnmədi.

Türkiyənin əsl müstəqillik və gələcək mübarizəsi, əslində 15 İyul çevriliş cəhdindən dərhal sonra həyata keçirilən “Fərat Qalxanı” əməliyyatı ilə başladı. İlk dəfə olaraq iplər qismən də olsa hakimiyyətin əlinə keçməyə başladı. Üstəlik, Türkiyə bu prosesdə müdafiə sənayesində inqilabi addımlar atdı.

Pandemiya prosesi hər yerdə olduğu kimi Türkiyə iqtisadiyyatına da zərbə vurdu. Xüsusən də pandemiya prosesindən istifadə edən imperialist ölkələr və onların yerli şəbəkələri Türkiyədə iqtisadi, sonra sosial və siyasi xaos yaradacaqları bir mühit qurmaq üçün qollarını çırmadılar.

Türkiyədə yaxın gələcəkdə hərbi çevriliş təhlükəsi olmayacaq, ancaq sosial və iqtisadi çevriliş olacaq. Türkiyədə ölkə iqtisadiyyatının dibə vurmasını səbirsizliklə gözləyən soyuqqanlı müxalifət var.

Hakimiyyət kənardan qurulan bu cür oyunlara qarşı daim ayıq-sayıq olmalıdır.

Qlobal təşkilatların və onların şəbəkələrinin planları ilə hər sahədə hədsiz yüksək qiymətlər yaratmaqla ölkəni gizli şəkildə dərin xaos mühitinə sürükləməklə həyatı cəhənnəmə çevirmək istəyirlər. Bu prosesdə sosial media döyüş meydanına çevrilib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar