Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial xərclərini ödəmək adı altında hökumət vətəndaşın cibinə girir... - Bu sosial siyasətdir?

Dərman və digər sosial xarakterli mallara əlavə rüsumlar tətbiq edərək qiymətlərin bahalaşmasını təmin edən hökümətin sosial siyasətini necə dəyərləndirmək olar?..

Sosioloq: “Davamlı bahalaşma və inflyasiya şəraitindəki maaş və sosial ödəniş artımları faktiki olaraq artım deyil, əksinə azalmadır”.

“Maaş artımı əhalinin çoxuna aid deyil. Bu, yalınız dövlət büdcəsindən maaş alanlara aiddir. Demək əhalinin əksər hissəsinin gəliri artmadığı halda onun xərcləri artırılmış olur ki, həmin vətəndaşların sosial vəziyyəti xeyli ağırlaşır. Axı davamlı qiymət, vergi və rüsum artımı fonunda özəl sektor da kasıblaşır və özəl sektorda çalışanların maaşlarının artırılması deyil, azaldılması gündəmə gəlir”.

Bu sözləri sosioloq Elçin Bayramlı artan qiymətlər fonunda hökumətin sosial siyasətini PİA.az-a şərh edərkən qeyd edib.

Tarif Şurasının kommunal xidmətlərlə bağlı növbəti qiymət artımı qərarından sonra “Əhalinin sosial rifahının qorunması haqqında” prezident sərəncamı imzalandı. Bu sərəncamda bahalaşmanın dolanışığa təsirini azaltmaq üçün gələn ilin büdcəsində maaş və sosial ödənişlərin artırılması tapşırıldı. Əmək və əhalinin sosial müdafiəsi naziri müavininin açıqlamasına görə, söhbət 20-40 faiz arası artımdan gedir. Ölkədə minimum əməkhaqqının 250 manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, 2022-ci ildə minimum maaş 300-350 manat civarında olacaq.

Son büdcə müzakirələrindən isə göründü ki, hökümət sosial xidmətlərlə bağlı öhdəliyini yerinə yetirmək üçün əslində qiymətləri artıraraq vətəndaşın cibinə girir. Rüsumları və vergiləri artıran, xüsusən dərman və digər sosial xarakterli mallara əlavə rüsumlar tətbiq edərək qiymətlərin bahalaşmasını təmin edən hökümətin sosial siyasətini necə dəyərləndirmək olar? Yəni vətəndaşın sosial xərclərini ödəmək adı altında hökumətin ədalətsizcəsinə vətəndaşın cibinə girməsini sosial siyasət adlandırmaq olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Qiymətləri bahalaşdırıb “maaşlar da artacaq” demək gülüncdür. Mən başa düşmürəm ki, belə ucuz vasitələrlə hökümətin iqtisadi sahəsinə rəhbərlik edənlər kimi aldadır? Xalqı, yoxsa özlərini?..”.

Bizə rəqəmlərin yox, real dəyərin lazım olduğunu nəzərə çatdıran sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, büdcə lap 100 milyard manat da ola bilər, amma o manatın məzənnəsi 0,1 avro olarsa heç nəyə yaramaz. Çünki pulun nominal dəyəri əsas deyil, real dəyəri əsasdır:

“Hökümət sosial ödənişlərin və maaşların artırılmasından danışarkən unutmamalıdır ki, yalnız sabit şəraitdə maaşların və sosial ödənişlərin artırılması real artım sayıla bilər. Davamlı bahalaşma və inflyasiya şəraitindəki maaş və sosial ödəniş artımları isə faktiki olaraq artım deyil, əksinə azalmadır. Yəni, artırılan hisə pulun yalınız nominal dəyəridir, kağız üzərində olan rəqəmdir. Pulun real dəyəri isə əksinə azalıb, çünki artıq həmin məbləğə istehlakçı daha az şey əldə edir. İndiki vəziyyəti qisa bir şərti misalda izah edim. Tutaq ki, vətəndaş 200 manat sosial ödəniş alır və sonra bu məbləğ 50 faiz artırılaraq 300 manat olur. Amma mal və xidmətlərin dəyəri 2 dəfə artıb, yəni 100 faiz bahalaşıb və artıq vətəndaş əvvəlki 200 manat aldığı şeylərə indi 400 manat xərcləməlidir. Aldığı isə 300 manatdır. Demək, vətəndaşın sosial müavinəti faktiki olaraq 50 faiz azalıb. Ümumilikdə isə bir tərəfdən qiymətləri qaldırmaq, digər tərəfdən əməkhaqqı və pensiyaları artırmaq əhaliyə və iqtisadiyyata ziyan vurur.

Əvvəla, maaş və pensiya artımı qiymətlərin bahalaşmasına, xərclərin artımına adekvat olmur, daha az olur. Yəni, şərti desək, qiymətlərdə artım 50 faiz olduqda, gəlirdə artım 25 faiz olur. Demək ki, sadə vətəndaş üçün vəziyyət 2 dəfə ağırlaşır.

İkincisi, maaş artımı əhalinin çoxuna aid deyil. Bu, yalınız dövlət büdcəsindən maaş alanlara aiddir. Demək əhalinin əksər hissəsinin gəliri artmadığı halda onun xərcləri artırılmış olur ki, həmin vətəndaşların sosial vəziyyəti xeyli ağırlaşır. Axı davamlı qiymət, vergi və rüsum artımı fonunda özəl sektor da kasıblaşır və özəl sektorda çalışanların maaşlarının artırılması deyil, azaldılması gündəmə gəlir.

Üçüncüsü, davamlı olaraq qiymətləri və maaşları artırmaq inflyasiya yaradır, dövriyyədə manat kütləsini artırır, manatın real dəyərini azaldır. Bu süni göstəricidən başqa heç nəyə yaramır. Məsələn, indi deyirlər ki, 2022-ci ilin büdcəsi indiyə qədər ən yüksək dövlət büdcəsidir. Lakin bunu manatla götürürlər, manat isə son illərdə devalvasiyalardan sonra dəyərini 2,5 dəfə itirib. Dollar və ya avro ilə götürdükdə isə bu ən böyük büdcə deyil, əksinə daha kiçik büdcədir. Bizə rəqəmlər yox, real dəyər lazımdır. Bu o deməkdir ki, büdcə 30 milyarddırsa, bu, bir neçə əvvəlki 15 milyarda bərabərdir. Yəni, büdcə lap 100 milyard manat da ola bilər, amma o manatın məzənnəsi 0,1 avro olarsa heç nəyə yaramaz. Çünki pulun nominal dəyəri əsas deyil, real dəyəri əsasdır.

Elçin Bayramlı: “Büdcəni doldurmaq üçün pulu sosial vəziyyəti onsuz da ağır olan vətəndaşların cibindən çıxarmaq lazım deyil”.

Ərzaq və dərmanların, kommunal xidmətlərin qiymətinin artırılması vətəndaşların əksər hissəsini çox ağır vəziyyətdə qoyur. Ümumiyyətlə, qiymətləri bahalaşdırıb “maaşlar da artacaq” demək gülüncdür. Mən başa düşmürəm ki, belə ucuz vasitələrlə hökümətin iqtisadi sahəsinə rəhbərlik edənlər kimi aldadır? Xalqı, yoxsa özlərini?..

Yalnız dövlət orqanlarında işləyənlərin maaşı arta bilər, o da qiymət artımına nisbətən azı 2 dəfə az həcmdə olacaq. İndi buradan deputatlara, sosial və iqtisadi strukturların rəhbərlərinə konkret sual verirəm: Əksər vətəndaşlar dövlət orqanında işləmir. Bəs bu maaşları artmayan çoxluq niyə ərzağa, dərmana, kommunal xidmətlərə daha artıq vəsait ödəməlidir və onların sosial vəziyyətinin daha da ağırlaşdırılması kimə və nəyə lazımdır? Yuxarıda qeyd elədim ki, hökümətin yürütdüyü siyasət özəl sektorda maaşların azalmasına yol açır. Onda hansı sosial siyasətdən danışa bilərik?..

Büdcəni doldurmaq üçün pulu sosial vəziyyəti onsuz da ağır olan vətəndaşların cibindən çıxarmaq lazım deyil. Bu, kobud izah etsək, öz pulunu bu cibindən görtürüb o biri cibinə qoymasına bənzəyir. Büdcəni artırmaq üçün vasitələr dəfələrlə dediyimiz kimi, ölkədə sahibkarlığa maneə törətməmək, qeyri-neft sektorunun artımını stimullaşdırmaq, istehsal yönümlü investisiyalara üstünlük vermək, bürokratiya və korrupsiyanı aradan qaldırmaq kimi addımlardır.

Əks halda həm iqtisadi, həm də sosial vəziyyət pisləşəcək, artan isə yalnız kağz üzərində quru və faydasız rəqəmlər olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay