Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təxribatlardan sonra erməni deputatdan açıqlama: “Sülh erası bitdi”

““Sülh erası” açılmadan bağlandı. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, heç vaxt sülh olmayacaq”.

Bu sözləri Ermənistan parlamentində “Mənim namusum var” partiyasını təmsil edən deputat Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, artıq gərginlik pikk həddə çatıb və Ermənistan Müdafiə Nazirliyi bunu cəmiyyətdən gizlətməkdə çətinlik çəkir:

“Sərhədin şərq hissəsində olan gərginlik artıq Müdafiə Nazirliyi tərəfindən təsdiqləndi. Biz qeyri-rəsmi mənbələr vasitəsilə sərhəddən xoşagəlməz hadisələr haqqında məlumat alırıq. Əldə etdiyimiz məlumatların hamısı bəd xəbərlərdir. Müdafiə Nazirliyinə məsləhət görürəm ki, doğru informasiyanı cəmiyyətdən gizlətməsin və xalqımız sərhəddə olan hadisələr haqqında dolğun məlumatlandırılsın. Bu həm hakimiyyət üçün, həm də xalq üçün xeyirlidir. Ən azından, panikanın qarşısını alın. Yoxsa, mənfi nəticələrlə üzləşəcəyik.”

Bildirək ki, son həftələrdə seperatçı erməni qruplaşmaları aktiv fəaliyyətə keçib və Azərbaycan ərazisində təxribatlara əl atır. Erməni terrorçuların tək-tük atəşləri dünəndən etibarən saatlarla davam edən atışmalara çevrilib.

Qeyd edək ki, az öncə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Ermənistana növbəti xəbərdarlıq edildi. (kaim.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar