Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı məsələni sürətlə həll etdi, indi növbə... - Rus nəşri

Azərbaycan ordusu “Bayraktar TB2” pilotsuz uçuş aparatları sayəsində 44 gündə Qarabağda Ermənistanın müdafiəsini qırdı”.

PİA.az Kanal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Pravda” qəzetində nəşr olunan məqalədə bildirilib.

Məqalə müəllifi Aleksandr Storum məqalədə Azərbaycandan sonra Ukrayna ordusunun Donbasda türk PUA-larından istifadə etməsinə diqqət çəkib:

“Türkiyənin Ukraynaya verdiyi “Bayraktar TB2” pilotsuz təyyarələri Donbasda istifadə olundu. Bu barədə ukraynalı fəal Roman Donik məlumat verib, daha sonra onun sözləri Ukrayna Silahlı Qüvvələrinin komandanlığı tərəfindən qürurla təsdiqlənib. PUA-lardan Qranitnoye kəndi yaxınlığında atəş açdığı iddia edilən artilleriya qurğularını məhv etmək üçün istifadə edilib. “Bayraktar TB2”nin istifadəsi ilə bağlı əmri birbaşa Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı verib.

Jurnalist Kotsun dediyi kimi, Ukrayna bu aparatları Azərbaycanın Cənubi Qafqazdakı qələbəsindən sonra istəyib. Bakı 30 ilə yaxındır dünyanın ən böyük dövlətlərinin “bölgənin açarı” seçdiyi problemi sürətlə həll etdi. Azərbaycan 44 günə nəinki Qarabağda erməni ordusunun müdafiəsini yardı, həm də demək olar ki, tam texniki üstünlük nümayiş etdirdi.

Azərbaycanın bu qələbəsində “Bayraktar”ların müstəsna rolu oldu. Azərbaycan son bir neçə ildə çox sayda dron alıb. Onların effektivliyi bu yaxınlarda, xüsusən də Donbas probleminin hərbi yolla həllini arzulayan generallar tərəfindən hiss olundu.

Bu gün Kiyevdə Türkiyədən satın alınmış 6 “Bayraktar” və bunlar üçün 200 yüksək dəqiqlikli raket var. Bu il üçün rəsmi plana daha 5-15 belə dronun alınması daxil edilib. Ukraynaya “Donetsk Xalq Respublikası” qüvvələrini şok pilotsuz təyyarələrlə məhv etmək üçün ən azı 50 “Bayraktar” lazımdır. Bunun üçün Kiyev Ukrayna ərazisində bu dronların Ankara ilə birgə istehsalını təşkil etməyə hazırdır.

Kiyev bu problemi tədricən həll etmək istəyirdi, amma Qarabağdakı müharibədən sonra hər şey xeyli sürətlənib. Əsas sual budur ki, Zelenski Donbasda əməliyyat keçirməyə cəsarət edəcəkmi? Təəssüf ki, buna heç bir şübhə yoxdur. Onun seçimi yoxdur, əks halda o, Ukrayna tarixinə “ən qorxaq” prezident kimi düşəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar