Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Qarnizonu qounlarında təlim-metodiki toplantı keçirilib - Video

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşdırma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

PİA.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantıda praktiki və göstərici məşğələlərə üstünlük verilib.

Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Kiçik ölçülü hava hədəflərinə qarşı mübarizə”, “Mövqelərin mühəndis cəhətdən hazırlanması” mövzularında məşğələlər keçirilib, atıcı silahlardan normativlərin yerinə yetirilməsi nümayiş olunub. Məşğələ zamanı minaatan batereyasının atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi məşq etdirilib.

Toplantıda təmir emalatxanalarının və qida məntəqəsinin səhra şəraitində açılması, ehtiyat döyüş sursatının döyüş maşınlarında və nəqliyyat vasitələrində saxlanılması praktiki olaraq göstərilib.

Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Naxçıvan Qarnizonu qounlarında təlim-metodiki toplantı keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Ən çox oxunanalar