Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qələbənin əldə olunmasında Ali Baş Komandanın sərkərdəlik bacarığı çox yüksək rol oynadı

22 noyabr Qalib Dövlətin ədliyyə işçilərinin peşə bayramı günüdür...

44 günlük Vətən müharibəsi Azərbaycan Xalqının dünyaya nümunə olan qəhrəmanlığının təcəssümü və Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir. Bu, xalqımızın üzləşdiyi 30 ilə yaxın davam edən ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi.

Şanlı ordumuzun Qələbəsi Azərbaycan dövlətinin uzun illərdə gördüyü işlərin yekun nəticəsi idi. Ümummilli lider Heydər Əliyev əldə olunmuş Zəfər üçün kifayət qədər baza yaratmışdı. Bu yaradılmış imkanlardan Ulu öndərin siyasi kursunun layiqli davamçısı, müasir dünya siyasətindən xəbərdar olan, xüsusi bacarığa malik, hər atılacaq addımı ən incə ayrıntılarına qədər ölçüb-biçən, tam əminliklə bütün məsuliyyəti öz üzrinə götürən yalnız, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev məharətlə istifadə edə bilərdi.

Bəli, belə də oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, XocalıLaçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Ali Baş Komandan 44 günlük İkinici Qarabağ Böyük Vətən müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi işləri gördü və ölkəmizin yeni müasir tarixini yazdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də beynəlxalq informasiya savaşında mücadilə aparırdı. Bu da Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynadı. Cənab Prezidentin həmin günlərdə şəxsən dünyanın onlarla telekanalına verdiyi müsahibələri, xalqımıza müraciətləri hamımız həyəcanla dinləyirdik. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsində o, ermənilərin əsrlərlə ölçülən türk dünyasına qarşı apardıqları əks-təbliğatı darmadağın edərək erməni millətinin iç üzünü dünyaya tanıtdı.

Uğurla və böyük məharətlə həyata keçirilmiş tədbirlər nəticəsində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə məhz Şuşanın işğaldan azad edildiyi gün noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Mən bir ədliyyə qulluqçusu olaraq, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı gününün bu il Qalib dövlətimizin möhtəşəm Zəfəri ilə əlamətdar olduğu üçün xüsusi sevinc hiss ilə qeyd olunacağını vurğulamaq istərdim.

Bunu qürur hiss ilə bildirmək istərdim ki, Azərbaycanın Zəfərə doğru haqq savaşında ədliyyə orqanlarının əməkdaşları da könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstərmişlər. Təəssüflər olsun ki, əməkdaşlarımız arasında qəhrəmancasına yaralanan və şəhid olanlar da var.

Ədliyyə işçiləri tərəfindən bu əlamətdar günlərə təsadüf edən Peşə bayramı ilə əlaqədar paxtaxtda və regionlarda yerləşən Şəhidlər Xiyabanları ziyarət edilərək Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhdlərimizin əziz xatirələri yad edilir. Həmçinin II Qarabağ Vətən Müharibəsindəki Zəfər tariximizlə bağlı ədliyyə işçilərinin bir sıra kütləvi informasiya vasitələrində çıxışları və məqalələri nümayiş etdirilir.

Mənə yaradılmış bu imkandan istifadə edərək, möhtəşəm bayramlar Zəfər günü və Peşə bayramımız münasibəti ilə başda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov olmaqla, Azərbaycan xalqının zəngin tarixini, müstəqillik uğrunda məğrur mübarizəsini özündə əks etdirən və hal-hazırda beynəlxalq hüquq standartlarının müassir hümanizim modeli hesab edilən “Azərbaycan Ədliyyəsi”nin bütün əməkdaşlarını ürəkdən təbrik edir, işlərində uğurlar arzu diləyirəm.

Quba regional “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi
I dərəcəli ədliyyə qulluqçusu
Həmid Məmmədov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Ən çox oxunanalar