Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəbə hazırlığa hazırlıq” kursları... - Bəlkə məktəbləri bağlayıb müəllimlərin evinə köçürək?

Nəzərə alsaq ki, şagirdlərin böyük hissəsi 9-cu sinifdən başlayaraq məktəbə deyil, təhsil üçün müəllimlərin evinə gedir və “məktəbə hazırlığa hazırlıq” üçün də bunun edilməsi vacib hesab olunursa, onda məktəbləri bağlayıb müəllimlərin evinə köçürmək daha doğru olmazdımı?...

Valideyn: “Müəlliməyə zəng edirəm, deyirəm ki, siz niyə uşağa birbaşa hərf yazmağı öyrədirsiniz? Cavab verdi ki, siz uşağa A yazmağı öyrədin, mən bu gün uşaqlara L hərfini öyrədəcəm”.

Təhsil eksperti: “Dövlət bütün müəllimlərin maaşlarını artırmalıdır. Həm də bir ya da bir neçə dəfə. Ya da qanunda dəyişiklik edib ümumtəhsil məktəblərini ödənişli etsinlər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi valideynlərin şikayəti olan “məktəbə hazırlığa hazırlıq” kursu anlayışını PİA.az-a şərh edərkən qeyd edib.

Məktəblər açılandan sonra valideynlərdən eyni mövzuda şikayətlər almaqdayıq. Bu şikayətlər birinci siniflərin dərs yükünün həddən artıq ağır olması və məktəbə hazırlıq qrupları ilə bağlıdır. Bizə müraciət edən valideynlər bildirirlər ki, məktəbə hazırlıq qruplarında müəllimlər şagirdlərə birbaşa hərfləri öyrədir, ən adi xətt çəkməyi belə öyrətməkdən imtina edirlər və bildirilər ki, bunun üçün uşaqları “məktəbə hazırlığa hazırlıq” kurslarına qoymaq lazımdır.

Ən pisi isə odur ki, bu müəllimlər 5 yaşlı körpələrin psixologiyasını tamamilə korlayırlar. Verilən tapşırıqları yerinə yetirə bilməyən uşaqlar gərginliyə məruz qalır, bəzən isə sinir krizi keçirirlər. Bizə müraciət edən valideynlərdən biri bildirir ki, müəllimə uşağa normal xətt belə çəkməyi öyrətmədən hərf yazmağı öyrədir. Uşaq hərfi normal yazmaq qaydasını bilmədiyinə görə hər gün məktəbdə də, evdəd də sinir krizi keçirir. Valideyn zəng edib iradını müəlliməyə bildirəndə isə çox qəribə bir cavabla üzləşib. Əvvəl müəllimə valideynə irad tutub ki, siz niyə uşağınızı “məktəbə hazırlığa hazırlıq kursu”na qoymamısınız? Sonra isə: “siz uşağa A yazmağı öyrədin, mən bu gün uşaqlara L hərfini öyrədəcəm”, deyib.

Görəsən müəllimənin bu cavabı Təhsil Nazirliyi üçün hansı anlama gəlir? Onlar yəqin ki, müəlliçəyə haqq qazandırmağa çalışacaqlar. Çünki fəaliyyətləri bundan xəbər verir. Çox təəssüf ki, Təhsil Nazirliyi bu kimi neqativ hallara qarşı, xüsusən “məktəbə hazırlığa hazırlıq” kimi absurd fəaliyyətlərə nəinki mane olmur, hətta bunun üçün müəllimlərə mükün qədər imkanlarda yaradır. Əgər “məktəbə hazırlığa hazırlıq” kurslarına da ehtiyac varsa, onda nazirlik məktəbə hazırlıq qruplarını niyə yaradır? Ümumiyyətlə məktəb niyə var?

Nəzərə alsaq ki, şagirdlərin böyük hissəsi 9-cu sinifdən başlayaraq məktəbə deyil, təhsil üçün müəllimlərin evinə gedir və “məktəbə hazırlığa hazırlıq” üçün də bunun edilməsi vacib hesab olunursa, onda məktəbləri bağlayıb müəllimlərin evinə köçürmək daha doğru olmazdımı?..

Məsələnin başqa tərəfi isə valideynlərin maddi durumudur. Ölkə konstitutsiyasına görə ümumi təhsil məcburi və pulsuzdur. Bəs doğrudanmı bizdə təhsil pulsuzdur? (O cümlədən səhiyyə) Belə çıxır ki, orta əmək haqqı 400-500 manat olan valideyn bütün maaşını uşağın kurslarına, paltarına və dəftər kitabına xərcləməlidir? Və üstəlik bu ölkədə sadə vətəndaşın üzərinə əlavə xərclər yükləməyə o qədər qurum var ki, say-say bitməz...

Bəs “məktəbə hazırlığa hazırlıq” anlayışı nəyi ifadə edir və bu indiki təhsil proqramına nə qədər uyğundur?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “İlk olaraq şagirdə xətt çəkməyi, sonra hərfləri öyrətmək lazımdır. Bunu etməyən müəllim məktəbdə, baxçada, məktəbəqədər hazırlıq qrupunda çalışmalı deyil”.

Təhsil Nazirliyi tərəfindən müəllimlərə repetitor fəaliyyəti ilə məşğul olmağı qadağan edilməsinin vacibliyini vurğulayan ekspert PİA.az-a bildirib ki, repetitor hazırlığı edən müəllimlərin hamısı dövlət məktəblərinə toplanmalıdır və onlara yüksək məvacib verilməlidir:

“Təəsüflər olsun ki, son dövrlər hazırlıq kursları, hazırlıq mərkəzləri, repetitor fəaliyyəti həddindən artıq çox yayılıb. Bunun da bərbad nəticəsi ondan ibarətdir ki, orta ümumtəhsil məktəblərdə demək olar ki, şagirdlərə dərs tədris olunmur. Hər kəs istəyir ki, şagirdlər onun yanında hazırlığa getsin, yaxud da kurslara yönləndirilsin. Hətta məktəbəqədər hazırlıq qrupunda da eyni vəziyyətdir. Heç bir müəllimin haqqı yoxdur ki, şagird əgər hərfləri bilmirsə, o şagirddən ilkin məlumatları, təsəvvürləri formalaşdırmasın. Yəni ilk olaraq şagirdə xətt çəkməyi, sonra hərfləri öyrətmək lazımdır. Bunu etməyən müəllim məktəbdə, baxçada, məktəbəqədər hazırlıq qrupunda çalışmalı deyil.

Qeyd edim ki, həm məktəbəqədər hazırlıq qruplarında, həm də ibtidai siniflərdə dərs yükü həddindən artıq çoxdur. Məktəbə hazırlığa hazırlıq kurslarının olmalı olduğunu deyən müəllimlərin özləri o kurslarda çalışırlar. Buna görə də istəyirlər ki, şagirdləri həmin kursa yönləndirsinlər. Çünki həmin müəllimlər kursdan müəyən gəlir əldə edirlər.

Elçin Əfəndi: ““Məktəbə hazırlığa hazırlıq” kursları kimi biabırçılıqlar bizim təhsili məhv edəcək. Bütün bu biabırçılığın məsuliyyəti isə bu qanunsuzluqlara yol açan Təhsil Nazirliyinin üzərinə düşür”.

Düşünürəm ki, Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu problemin həlli üçün üzrə işə başlamalıdır. Əgər bunu eləmirlərsə, onda bütün ümumtəhsil müəssisələri bağlansın və şagirdlərə də deyilsin ki, repetitor, yaxud kurslarda gedin, hazırlaşın. Vəziyyəti bu qədər iyrənc vəziyyətə gətirib çıxarıblar.

Hesab edirəm ki, dövlət bütün müəllimlərin maaşlarını artırmalıdır. Həm də bir ya da bir neçə dəfə. Ya da qanunda dəyişiklik edib ümumtəhsil məktəblərini ödənişli etsinlər. Ya dövlət bu biabırçılığa son verməli, ya da qanuna dəyişiklik edib şagirdlərin məktəbə müvafiq ödənişlər ödəmələrini rəsmiləşdirməlidir. Necə ki, şagirdlər özəl məktəblərə illik köçürdürlər, elə cə də dövlət məktəblərinə də ödəniş eləsinlər.

Kurslarda, repetitor hazırlığı edən müəllimlərin hamısı dövlət məktəblərinə toplanmalıdır və onlara yüksək məvacib verilməlidir. Bunun qarşılığında da hər bir müəllimə repetitor fəaliyyəti ilə məşğul olmaq qadağan olunmalıdırvə bu qanunlaşdırılmalıdır­. Eyni zamanda da hazırlıq kurslarının, tədris mərkəzlərinin də konkret istiqamətlər üzrə açılması vacibdir. Yoxsa “məktəbə hazırlığa hazırlıq” kursları kimi biabırçılıqlar bizim təhsili məhv edəcək. Bütün bu biabırçılığın məsuliyyəti isə bu qanunsuzluqlara yol açan Təhsil Nazirliyinin üzərinə düşür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar